Bölüm 4: Mutasiyanın Təsirləri
Köpəklər yer üzünün ən müxtəlif növlü heyvanlarından biridir. Genetiklərə görə çox güman ki, onların hər biri yalnız bir heyvandan törəyib, canavardan. İndi isə gəlin hüceyrənin daxilinə nəzər salaq və necə işlədiyinə baxaq.
DNT hüceyrənin nüvəsində yerləşir. O, A G C və T hərfləri ilə işarə edilmiş uzun kimyəvi bir zəncirdən ibarətdir. DNT-nin bəzi hissələri genlər adlanır. Onlar özlərində proteinlərin hazırlanması üçün xüsusi təlimatlar ehtiva edirlər. Nəticədə köpəyə öz xüsusiyyətlərini verən hüceyrələr meydana gəlir. Keçən epizodda qonur ayıların DNT-lərinin qütb ayılarını əmələ gətirmək üçün mutasiyaya uğradığını gördük. Yaxşı, bəs bu necə baş verir?
Mutasiya gendəki ardıcıllığın dəyişməsi nəticəsində baş verir. Adətən bu, heyvanı əmələ gətirən təlimatlardan birinin qırılması ilə nəticələnir. Bu vəziyyətdə mutasiya xəzin rəngini təyin edən spesifik genlərdə baş verib. Məhdudlaşmış gen rəngli kürk hazırlanması üçün təlimat verə bilməz. Buna görə də mutantın xəzi ağ rəngdədir. Ayılardakı dəyişiklik uzun zaman öncə baş verib. Bu tip bir mutasiyanı bugünlərdə, real vaxtda müşahidə edə bilsəydik əla olmazdımı?
Richard Lenski təcrübəsi
Bununla bağlı ən mühüm işlər Richard Lenskinin laboratoriyasında həyata keçirilir. Lenski, E. Coli adlı bakteriya növü üzərində çalışır. Onun laboratoriyası 30 ildir xüsusi kolbalarda E. Coli bakteriyasının nəsillərini yetişdirir. 90-cı illərin əvvəllərində Laboratoriyada bakteriyaların öz əcdadlarına nisbətən daha sürətlə böyüməyə başladığı müşahidə edildi. Bu, e.coli bakteriyası üçün mühüm bir xəbər idi. Bəs niyə belə oldu? On il sonra, buna səbəb olan mutasiyanı təyin edə bildilər və E.Coli-da müəyyən bir genin məhv edildiyini müəyyən etdilər. Bu genin itirilməsi bakteriyanın daha sürətli böyüməsinə kömək etdi. Sonra e coli bakteriyasındakı digər bir çox faydalı mutant genlərə baxdılar və onların da pozulduğunu müşahidə etdilər. Mutasiyalar genləri ya şikəst buraxmış, ya da tamamilə sıradan çıxarmışdı. Bu çox qəribə görsənir, Bir genin pozulması orqanizmə necə kömək edə bilər?
Təsəvvür edin ki, bir bak benzinlə müəyyən bir təyinat yerinə çatmalısınız yoxsa öləcəksiniz. Avtomobilinizin ağırlığını nəzərə alaraq bu qədər benzinlə heç bir vəchlə məntəqəyə yetişə bilməyəcəyinizi bilirsiniz. Ona görə də maşının kapotunu, oturacağını, döşəməsini, hətta alışqanını belə çıxarıb atırsınız. İxtisar olunmuş avtomobil sizi məntəqəyə çatdıra bilir və sağ qalırsınız. Beləliklə, qırılan genlər Eşcoli-ın laboratoriya mühitinə, qütb ayısının isə Arktikaya uyğunlaşmasına yardımçı oldu.
Mutasiyalar
Təkcə son 20 ildə elm adamları cinslərin xüsusiyyətlərindən məsul bir çox mutasiya aşkar etdilər. Yenə də burada mutasiya yeni genlər əmələ gətirmir, onların əksəriyyəti əvvəlcədən mövcud olan genləri zədələyir, yaxud məhv edir. Məsələn bəzi cinslərdə artan əzələ kütləsi miostatin geninin pozulmasından irəli gəlir.
Həmçinin hansı mutasiyanın sarı tüklərə səbəb olduğunu da bilirik. Və həmçinin canavarlardan fərqli olaraq insanlara daha dostcanlı görsənən burunların da mutasiyalarını bilirik.
Beləliklə, köpəkləri onların genlərini sındıraraq dəyişdirmək mümkündür, ancaq bu, baha başa gəlir. Çox güman ki, pozulmuş genlər əsla əvvəlki original işlək vəziyyətinə qayıtmayacaqdır. Qısa ayaq genlərə sahib alman köpəyi heç vaxt labrador kimi bir cinsə geri dönməyəcək. Və qütb ayısı əsla giləmeyvə ilə dolanan əvvəlki əcdadına qayıdacağını görməyəcəyik.
Bir sözlə, faydalı mutasiyalar DNT-nin təkmilləşməsi hesab olunmur. Yeni bir smartfon əldə etmək isə təkmilləşmə sayılır. Yeni Cihaz faydalıdır, çünki tamamilə yeni xüsusiyyətlərə malikdir. Lakin mutasiyalar DNT-yə yeni xüsusiyyətlər qazandırmır. Onlar Yalnız mövcud xüsusiyyətlərdə dəyişiklik edirlər. Mutasiya daha çox batereya ömrünü uzatmaq naminə telefondakı GPS’inizi söndürməyinizə bənziyir, bu zaman o, telefona yeni bir funksiya əlavə etmir.
Təsadüfi mutasiya təkamülə dəlildirmi?
Bizə Deyilir ki, təsadüfi mutasiya təkamül dəyişikliyinin əsas hərəkət verici qüvvəsidir və təkamül, aşağı sinif canlıların daha yüksək siniflərə təkmilləşməsidir. Buna baxmayaraq son elmi nəticələr göstərir ki, yeni növlər genlərin qırılması hesabına əmələ gəlir, yəni təkamül (evolution) hesabına yox, degenerasiya (devolution) hesabına.
Bu pazlın gözdən qaçırdığımız başqa bir hissəsi varmı? Təkamülün gedərək tədricən daha yüksək həyat formalarını istehsal etmək bacarığını artıran bilinməyən bəzi X faktorlar mövcuddurmu? Bu barədə bir az düşünməyinizə icazə verəcəm. Növbəti dəfə, x-faktoru kəşfə çıxdığımızda görüşünədək.
Cavab yaz