Yaradıcı və Şər Problemi

Ateist fəlsəfəçilərin yazdıqlarını oxuduqda təəccüblənməmək olmur. J.L.Mackie “The Miracle of Theism” adlı kitabında deyir:

“Əgər hər şeyə qadir xeyirxah Yaradıcı mövcud olsa idi, o mənasız şərin baş verməsinə icazə verməzdi. Çoxlu mənasız və əsassız şərin mövcud olduğuna görə Yaradıcı mövcud deyildir”.

J.L.Mackie “The Miracle of Theism”

Bu arqumentasiyanın xətası göz qabağındadır. Mackie demək istəyir ki, əgər o bir şeyin mənasını anlamırsa, o zaman bu şeyin mənası yoxdur. Bu isə açıq aydın xətadır. Professional fəlsəfəçinin belə məntiqi xəta etdiyi təqdirdə Dawkins və komandasından nə gözləməliyik ki ?!

*Şər problemi haqda olan yazılarımızı buraya keçid edərək oxuya bilərsiniz.