“Ana inək bizi dünyaya gətirən analardan daha yaxşıdır. Bizi dünyaya gətirən anamız bizə bir neçə il süd verir və sonra biz böyüdükdə bizdən ona xidmət etməyimizi gözləyir. Anamız inək isə bizdən ot və arpadan başqa heç bir şey gözləmir. Bizi dünyaya gətirən anamız tez-tez xəstələnir və bizdən xidmət gözləyir, amma ana inək isə nadir hallarda xəstələnir.
Ana inəyin bu cür xidməti onun ölümü ilə də bitmir. Bizim anamız ölsə bu, məzar və ya kremasiya xərcləri deməkdir. Ana inək isə sağ olanda olduğu kimi ölümü ilə də faydalıdır. Belə ki, onun bədəninin hər bir hissəsini – ətini, sümüklərini, bağırsaqlarını, buynuzunu və dərisini istifadə edə bilirik. Mən belə danışmaqla bizləri doğuran anaları aşağılamaq niyyətim yoxdur, məqsədim sadəcə niyə inəyə ibadət etməyimin ciddi səbəblərini göstərməkdir.”
Bu sözlər ona aiddir.
O, yaxın tarixdə Hindistan Azadlıq Hərəkatının lideri olmuşdur. İngilis istismarına qarşı göstərdiyi mərdlik, cəsarət həqiqətən də təqdirəlayiq idi. Dəfələrlə həbs olunub, işgəncə görməyinə baxmayaraq başlatdığı hərəkat Hindistanı müstəmləkə olmaqdan qurtarmış, müstəqil bir dövlət etmişdir. Dünya tarixini dəyişən yüz şəxsiyyətdən biri hesab olunan, Hindistanda rəsmi şəkildə “Xalqın atası” elan edilən, BMT-də doğum günü xüsusi qeyd edilən, Martin Lüter Kinq, Ceyms Lauson, Nelson Mandela kimi siyasi liderlərin fikir atası hesab olunan, Albert Einsteinin haqqında “bəlkə də gələcək nəsillər belə insanın bir gün həqiqətən də yer üzərində gəzdiyinə inanmayacaq” dediyi bu şəxsi yəqin ki tanıdınız. Bəli, söhbət Mahatma Qandi-dən gedir.
Yuxarıda qeyd etdiyimiz iki abzasın məntiqi ardıcıllığı olaraq nə deyə bilərik. Bu, bir daha bizə sübut edir ki, insan nə qədər dahi şəxsiyyət olsa da, həqiqi dinə ehtiyacı yenə də qalır. Mənəviyyatını tam kamil şəkildə çatdıracaq, ona “sənin ən gözəl rəftarına anan, sonra anan, sonra anan, sonra atan layiqdir” sözlərini öyrədəcək bir peyğəmbərə ehtiyacı həmişə vardır.
Cavab yaz