“Bel və köks sümükləri arasından çıxar..”

“O, axıb tökülən bir sudan yaradılmışdır. Bel və köks sümükləri arasından çıxır. Şübhəsiz ki, onu qaytarmağa qadirdir.” (86:6-8)

Bu Quran ayəsi bu günlərdə bir çox kəsi narahat etdiyi üçün bu yazımızda həmin ayə haqqında söz açacağıq. Sözü gedən ayə Tariq surəsində insanın sudan yaradılışı ilə bağlıdır. Dinə qarşı şübhə ilə yanaşanlar bu ayədə elmi bir xəta olduğunu dedilər. Onlar dedilər ki, bu ayədə spermanın döş qəfəsi ilə bel sümüyü arasında formalaşdığı deyilir, halbuki müasir tibb elmi spermanın bu yerdə əmələ gəlmədiyini deyir. O zaman bu ayədə elmi bir xətanın baş verdiyi – onlara görə – rahatlıqla deyilə bilər.

Aşağıdakı linkə daxil olaraq məqaləni PDF formatda oxuya bilərsiniz.