Ateizm İllüziyası: Ateist Suallara Elmi, Tarixi və Fəlsəfi Cavablar– Samir Təhməzxan [Yeni Kitab]

Bu kitab hər şeydən əvvəl azərbaycanlı oxucu üçün qələmə alınmışdır. Məqsədim sadəcə Christopher Hitchens’in Azərbaycan dilinə tərcümə edilmiş “God Is Not Great” kitabına cavab vermək deyil, daha geniş mənada, müasir dünyada dinə qarşı yönəlmiş militant anti-teist ritorikanın mahiyyətinə diqqət çəkməkdir. Son illərdə qlobal miqyasda yayılan dinsizlik təbliğatı, xüsusilə də aqressiv anti-teizm cərəyanları bir çox cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də müəyyən təsirlər buraxmışdır. Bu təsirlərin nəticəsində Allah inancı, din, iman, peyğəmbərlik, Quran, elm və tarix haqqında bəzən natamam, bəzən də tamamilə yanlış təsəvvürlər formalaşır.

Bu kitab qeyd edilən təsəvvürlərlə polemikaya girmək, onların arxasında duran iddiaları araşdırmaq və oxucunu daha diqqətli düşünməyə dəvət etmək məqsədi daşıyır. Mən burada yalnız emosional bir müdafiə təqdim etmək istəməmişəm. Əksinə, Hitchens’in timsalında ateistlərin irəli sürdüyü məşhur iddiaları tarixi, fəlsəfi, elmi və teoloji baxımdan nəzərdən keçirməyə, onun arqumentlərinin nə dərəcədə əsaslı olduğunu göstərməyə çalışmışam. Çünki bir fikrin cazibədar, kəskin və iddialı səslənməsi onun doğru olması üçün kifayət etmir.

Azərbaycanlı oxucu bu mövzularla çox zaman Qərb intellektual mühitindən gələn tərcümələr, çıxışlar və populyar ateist ədəbiyyat vasitəsilə tanış olur. Lakin həmin mühitdə formalaşmış mübahisələrin hamısı bizim tarixi, dini və mədəni kontekstimizə uyğun gəlmir. Bu səbəbdən həm Hitchens’in iddialarını birbaşa nəzərdən keçirən, həm də azərbaycanlı oxucunun qarşılaşdığı sualları, tərəddüdləri və zehni qarışıqlıqları nəzərə alan belə bir kitaba ehtiyac olduğunu düşündüm.

📞 Sifariş üçün: +994 (51) 421-95-62 (wa.me/994514219562)

✅ Kitabın satışı Çağdaş Nəşriyyat tərəfindən həyata keçirilir.

✨ Qiymət: 15 azn