Straw man fallacy: “Kosmosa getdim, ancaq Tanrını görmədim.”

Bir neçə gün əvvəl açıq kosmosa çıxan ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçuşundan 60 il keçdi. Geridə qalan 60 il ərzində bir çox insan kosmosa çıxmağı bacarsa da hazırda oxuduğunuz yazıda bunu ikinci dəfə edən Qerman Titovdan bəhs etmək istəyirəm. Qerman Titov 1961-ci ildə açıq kosmosa çıxaraq Yuri Qaqarındən sonra dünya ətrafında dövr edən ikinci kosmonavt olmağı bacarmışdı. 1962-ci ildə təşkil edilən Beynəlxalq Kosmos Simpoziumunda ondan kosmosa çıxışının dini inancını dəyişdirib-dəyişdirmədiyi soruşulduqda Titov belə cavab vermişdi:

“Xeyr, əksinə, indi kommunist ideologiyasını dəstəkləyən dəlilə sahibik. Kosmosa getdim, ancaq Tanrını görmədim. Orada nə Tanrı, nə də ki, mələklər var idi..”1

“Straw man fallacy”

Titovun istifadə etdiyi bu söz bir dövr olduqca məşhurlaşmışdı. Hətta komunist quruluşa sahib SSRİ bu ifadədən din əleyhinə məharətlə istifadə edirdi. Titovun bu sözləri açıq-aşkar “straw man fallacy” (Müqəvva səfsətəsi) olaraq adlandırılan bir məntiq səhvidir. Bu, qarşı tərəfin əslində təqdim etmədiyi bir iddianı o təqdim edirmiş kimi göstərib, yəni bir çaşqınlıq yaradıb, o iddiaya qarşı hücum etmə mənasını verir. Nə İslamın, nə də digər dinlərin kosmosa gedincə Allahın görülə biləcəyi barəsində bir iddiası vardır. Ortaya belə bir nəticə çıxır ki, Titovun bu sözü hisslərə qapanmaqdan başqa bir şey deyil və nə qədər pafoslu səslənsə də, mənasızdır. Onu da qeyd edək ki, İslam əleyhidarları bu tip məntiq səhvlərindən olduqca geniş şəkildə istifadə edirlər. Məsələn, siz bu xətanı edərək “dua etdim, Allah qəbul etmədi, deməli, Allah yoxdur”, “müsəlmanlar zəifdirlər, deməli bu din doğru ola bilməz”, “Allah varsa, filan yerdə insanlar niyə acdır?” kimi “arqumentlərdən” istifadə edən ateistləri sosial şəbəkələrdə çox görə bilərsiniz. 

Bu mənzərə bizə Qurani Kərimdə bildirilən bir qissəni xatırladır:

Firon vəziri Hamandan bir qüllə inşa etməsini istəyir və “Bəlkə də buralarda tapa bilmədiyim Musanın Allahına göydə rast gələrəm” deyir.2

Gördüyünüz kimi heç də yeni olmayan bu məntiq xətası sadəcə içi boş bir ifadədir və həqiqətdə sadəcə olaraq Allah inancına boyun əymək istəməyən insanların nəfsi müdafiə üçün istifadə etdiyi söz oyunudur. 

Dipnotlar

  1. Soviet Cosmonaut Gherman Titov visited Seattle’s Century 21 Exposition on May 5 and May 6, 1962 HistoryLink.org. Essay 10104.
  2. Quran, 40/36-37