Qərb universitetlərində tələbələr tərəfindən yazılan hər bir akademik iş “plagiata” görə xüsusi nəzarət qrupu tərəfindən yoxlanır. Əgər tələbənin bu işinin hər hansısa bir hissəsinin başqa bir akademik işin və ya kitabın və ya hər hansı bir elmi materialın bir hissəsi ilə eyni olduğunu və ya çox bənzədiyini görərlərsə həmin tələbəni “plagiat”la məşğul olmaqda ittiham edəcəklər. Lakin təsəvvür edin ki, tələbə ona qarşı irəli sürülmüş ittihama belə cavab verir:
“Ay müəllim, and olsun ki, mən bu səhifəni həmin kəsin kitabından köçürməmişəm, mən ümumiyyətlə bu kitabı birinci dəfə görürəm, sadəcə olaraq təsadüfən yazdığım bu beş cümlədəki sözlərin hər biri sırasına, düzülüşünə görə o adamın beş cümləsindəki sözlərlə eyni olub. Lakin bu təsadüfdür.”
Sizcə Qərbin intellektual təbəqəsinin üzvləri sayılan müəllimlər, professorlar bu tələbənin iddiasına necə yanaşırlar? Onların intellekti tələbənin iddiasının doğru olmadığını onlara diktə edir. Hətta belə bir şeyin mümkün olması riyazi aləmdə mümkün olsa da reallıqda imkansız bir şey kimi görünür. Ona görə də hər ağlı başında olan kəs bu halda tələbənin həmin beş cümləni digər materialdan köçürməsinə hökm edəcək. Bu, əqlimizin tələb etdiyidir.
O zaman necə olur ki, kainatın həyatı imkansız edəcək şəkildə inkişafına götürəcək yollar sonsuz dərəcədə çox olduğu halda kainat məhz həyat üçün əlverişli olacaq tək bir yolu seçmiş olur? Bunun təsadüfən baş vermə şansının yuxarıda verdiyimiz misaldan qat-qat aşağı olmasını bizə ingilis astronom Sir Fred Hoyle belə izah edir:
“Amino turşularını təsadüfən birləşdirərək sadə çalışan bir protein əldə etmək ulduzlar sistemini dolduracaq qədər çox sayda kor adamın Rubik kubunu eyni zamanda həll etməsi kimidir.”
Fred Hoyle
Başqa sözlərində Fred Hoyle riyazi hesablamaya əsasən deyir ki, bunun baş verməsi zər ilə bir-birinin ardınca 50 000 dəfə “şeş” (altılıq) atmaq kimidir.
Ateizm və Hoyle xətası
Yaradılış fikrini inkar edən ateistlər bunu “Hoyle fallacy” (Hoyle xətası) adlandırırlar. Buna misal olaraq qeyd edirlər ki, Hoyle bunun hamısının birdən başqa verməsini nəzərdə tutur. Lakin əslində bu Hoyle-un qəsdini təhrif etməkdir, çünki o, bunların hamısının eyni zamanda baş verməsini qəsd eləmir. Bu prosesin hər birində təsadüfən doğru yola isabət etməyin imkansız olduğunu göstərir.
Təsadüfi təkamül
Anatomiya dərsini yaxşı oxuyanlar və kişi-qadın orqanizmini bilənlər kişinin spermasının qadının vaginal kanalı ilə rəhmə doğru gedən yolda hansı təhlükələr ilə qarşılaşdığını bilirlər. Vaginal kanaldakı mayelər yad ünsürlərə hücum edərək onları məhv etmək üçün dizayn edilib. Belə bir mühitdə spermatazoidlər belə təhlükə içindədir. Alimlərin etiraf etdikləri kimi Yerin ilkin fazasında Yer səthindəki şərait həyat üçün bundan qat-qat daha təhlükəli olub. Vaginal kanalda səhv yolu seçən sperma məhv olmağa və işini yerinə yetirməməyə məhkumdur. Ateistlərin iddia etdikləri təkamül prosesi də bunun kimidir, əgər yüzlərlə kimyəvi elementdən biri hər dəfəsində doğru yolu getməsi üçün digər doğru kimyəvi elementlə birləşməlidirsə və əgər bir dəfə olsa belə yalnış elementlə birləşdikdə məhv olmaq təhlükəsi ilə üzləşirsə o zaman bu prosesin hər dəfə, hər addımda ən doğru yolu seçməsinin bir təsadüf, yəni heç bir intellektual qüvvənin iştirakı olmadan baş verməsi absurd bir fikirdir.
Cavab yaz