Ataların Kölgəsində – Müsəlman Ümmətində Geriliyin Səbəbləri [Yeni Kitab]

Yeni kitab artıq satışda!

Ataların Kölgəsində – Müsəlman Ümmətində Geriliyin Səbəbləri

Platformamız tərəfindən nəşr edilən bu kitab çoxumuzu düşündürən bir suala cavab axtarmaq və verilə biləcək cavablara işıq salmaq cəhdidir: Bir zamanlar müsəlmanlar zirvədə ikən necə oldu ki, hazırkı vəziyyətə düşdülər?

Kitabın içində oxucuya maraqlı gələ biləcək məlumatlar olduğu kimi mübahisəli nəzəriyyələr də vardır; kitab hər bir oxucunun öz suallarına cavab axtarışı üçün yaxşı bir başlanğıcı nöqtəsi ola bilər, lakin əsla son dayanacaq olması üçün nəzərdə tutulmayıb.

Müəllifin arzusu azərbaycanlı müsəlmanlar arasında intellektual mədəniyyətin formalaşmasını və belə bir mühitdə məhsuldar bir dialoqun, müzakirənin aparıldığını görməkdir.

Oxuculardan xahişimiz budur ki, öz fikirlərini bizlərlə bölüşsünlər və ya bu barədə rəylərini ictimai və ya xüsusi çevrələrdə paylaşsınlar. Tənqid edəcəkləri məqamlar varsa, onları bu barədə ictimai olaraq yazmağa dəvət edirik.

Kitabı Ofisait mağazalarından və Elmlər metrosu yaxınlığındakı Marker mağazasından əldə edə bilərsiniz.

Qiymət: 6.5 AZN
Səhifə sayı: 232