Feminizm və Xoşbəxtlik

1972-ci ildən bəri hər il amerikalı yetkin insanların nə qədər xoşbəxt olduqları haqda Ümumi Sosial araşdırma aparılır. 1972-ci ilin sorğu nəticələrinə görə qadınlar orta hesabla kişilərdən daha çox xoşbəxt idilər. Sonrakı illərin sorğu nəticələrinə baxdıqda qadınların xoşbəxtlik nisbətinin azaldığı nəzərə çarpmaqdadır.1

1990-cı illərdə bu azalma o dərəcəyə çatır ki, məlum olur ki, sorğu nəticələrinə görə qadınlar öz həyatlarından kişilərə nisbətən ciddi fərqlə daha az xoşbəxtdirlər. Bu statistika özünü dərman istifadəsində də biruzə verməkdədir. Belə ki, 2011-ci ildə National Center for Health Statistics’in (Amerika Milli Səhiyyə Statistikaları Mərkəzi) apardığı araşdırmaya görə qadınlar kişilərdən 2,5 dəfə çox antidepresan dərmanlar istifadə edirlər.2

Oxucularımızın diqqətinə çatdırmaq istəyirik ki, qadınların xoşbəxtliyinin azalmağa başladığı 70-ci illər ümumilikdə qərb cəmiyyətində feminizmin xüsusilə gücləndiyi, sol hərəkatların yarandığı, meydanlarda geniş etirazların olduğu, feminist qrupların təşkilatlanmağa başladığı dövrdür..

Dipnotlar

  1. “Sex Matters: How Modern Feminism Lost Touch with Science, Love, and Common Sense” BY MONA CHAREN (səh, 8)
  2. Astounding increase in antidepressant use by Americans: https://www.health.harvard.edu/blog/astounding-increase-in-antidepressant-use-by-americans-201110203624?fbclid=IwAR15RanilLGCAcnX2zS7RNdjaY5659Q38YTo32zoCXog0fdcIuWxmNGrjZk