Homoseksuallıq və Təkamül

LGBT aktivistlərinin demək olar ki, hamısı eyni zamanda materialist yanaşma üzərindən Darwin nəzəriyyəsini şiddətlə müdafiə edirlər. Bunun əksi də doğrudur, yəni dindar olmayanların demək olar ki, hamısı LGBT haqlarını müdafiə edirlər. Maraqlısı isə budur ki, müdafiə edilən bu iki mövzu əslində təməl etibarilə bir-birilə ziddiyyət təşkil edir. Bu yazıda Lgbt aktivistlərinin üzləşdiyi digər bir problem olan təkamül problemi haqda söz açmaq və ortada yaranan ziddiyyəti sizlərə göstərmək istəyirik.1

Darvinistlər iddia edir ki, insan davranışları fayda prinsipi ilə təkamül prosesi tərəfindən formalaşdırılıb. Sözügedən formalaşdırma prosesi bir neçə sütundan ibarətdir. Ki, nəzəriyyənin ana sütunlarından biri təbii seçimdir (natural selection). Təbii seçim qısa şəkildə desək, təkamül prosesində canlılardan öz ətrafında ən yaxşı adaptasiya edənlərinin sağ qalması və nəslini davam etdirməsidir. Təkamülçü bioloqlara görə2 təbii seleksiya zamanı populyasiyada müəyyən ətraf mühit şərtlərinə yaxşı uyğunlaşan fərdlər uyğunlaşmayanlara nisbətən üstünlüklər qazanırlar. Üstünlük sağ qalma və reproduktiv çoxalmada qazanılan müvəffəqiyyətlərdir. Belə olan halda zamanla təbii seçməyə uyğunlaşa bilməyən canlılar məhv olurlar. Sağ qalanlar isə öz üstünlüklərini irsi yolla gələcək nəsillərinə ötürürlər və beləcə nəsil davam edir. Yəni Bir mühitə ən uyğun olan canlılar sağ qalır və müvəffəqiyyətlə çoxalır və bənzər yaxşı uyğunlaşmış nəsillər artırırlar. Bu cür çoxalma dövrlərindən sonra daha yaxşı uyğunlaşma üstünlük təşkil edir.

Homoseksualların nəsil artırmadıqları aydındır.3 Üstəlik aparılan araşdırmalara görə LGBT fərdlərinin arasında xəstəliklərin (Belə fərdlər özləri arasında yaranan xəstəliklərdən əlavə başqaları üçün də təhlükə ola bilərlər. Məsələn 1981-ci ildən bu yana 75 milyon insanın yoluxduğu, nəticədə isə təxminən 32 milyondan çox insanın dünyasını dəyişdiyi AİDS (QİÇS) virusu ilk dəfə homoseksual şəxslərdə müşahidə olunmuşdur. Elə hazırda da sözügedən virusun daşıyıcılarının 80%-dən çoxu homoseksual fərdlərdir4), intiharın daha çox yayıldığı, belə fərdlərin normal insanlara nisbətən daha tez dünyaslarını dəyişdiyi də məlumdur.5 Bu isə o deməkdir ki – təbii seçməyə əsasən- heteroseksuallıq homoseksuallığa nisbətən daha uyğun seçimdir və homoseksuallıq təbii seleksiya zamanı filtr olunması gərəkən növlərdən biridir. 

Yazını çox da uzatmamaq adına belə xülasə edə bilərik. Homoseksuallıq həm dini, həm də materialist dünyagörüşü baxımından yanlışdır.  Çünki bu dünyagörüşlərinin heç biri homoseksuallığı dəstəkləmir.

Dipnotlar

  1. Yazı zamanı istifadə edilən arqument- arqument xatirinə – Darwinin təkamül nəzəriyyəsinə əsaslanmışdır. Bu o demək deyil ki, biz təbii seçim də daxil olmaqla darvinist mexanizmləri qəbul edirik. Məqsəd sadəcə olaraq qarşı tərəfin düşdüyü ziddiyyətli halı göstərməkdir.
  2. Douglas J. Futuyama, Evolution, State University of New York at Stony Brook, səh, 248
  3. Burada başqa bir məsələ isə lgbt fərdlərinin övladlığa uşaqlar götürüb-götürməməsi ilə bağlıdır. Təkümalə əsasən əgər təbii seleksiya mexanizmi lgbt fərdlərinin çoxalmamasını və dolayısilə zamanla məhv olmalarını seçibsə, o zaman onların övladlığa uşaq  götürməmələrini də seçmişdir. Yəni – təkamülə əsasən – LGBT fərdlərinin övladlığa uşaq götürməsi təbiətə ziddir.
  4. Control, C.f.D., Kaposi’s sarcoma and Pneumocystis pneumonia among homosexual men–New York City and California. MMWR. Morbidity and mortality weekly report, 1981. 30(25): p. 305.
  5. Leonard Rappa, Condensed Psychopharmacology, based on a research of Burstein, Agostino & Greenfield about (suicidal attempts and ideation among children and adolescents in US emergency departments from 2007 to 2015