Əsl Dəlilik

Alman-kanadalı nevroloq və psixiatr Karl Stern bu cür materialist təsəvvür haqqında bunları deyir:

“Əgər arqument xatirinə təkamül nəzəriyyəsini ən elmi xülasədə təqdim etməli olsaq belə bir şey deməliyik:

“Nə vaxtsa Yer kürəsindəki temperatur elə həddə gəldi ki, karbon atomlarının oksigen atomları ilə birlikdə azot-hidrogen birləşmələri ilə bir araya gəlməsi üçün ən münbit şərait ortaya çıxdı və böyük topaların təsadüfən bir araya gəlməsi nəticəsində elə molekullar əmələ gəldi ki, həyatın başlaması üçün ən əlverişli struktura sahib oldular. O andan başlayaraq zamanın ucsuz-bucaqsız bir müddətini keçib geridə qoydu və sonunda təbii seçmə prosesi vasitəsi ilə elə bir varlıq əmələ gəldi ki, o, nifrət yerinə sevgini, zülm yerinə ədaləti seçməyə, Dante kimi şer yazmağa, Mozart kimi musiqi bəstələməyə və Leonardo kimi rəsm çəkməyə qadir oldu.” Əlbəttə ki, kainatın bu cür əmələ gəlməsi təsəvvürü dəlilikdir. Dəlilik deyəndə də heç bir halda jarqon tərzli təhqiri qəsd etmirəm, lakin texniki mənadakı psixozu qəsd edirəm. Dünya tarixi haqqında belə bir rəy şizofrenik düşüncənin bəzi aspektləri ilə ortaq xüsusiyyətlərə malikdir.”1

| Samir Firdovsioglu‘nun “”Ateizmin dördüncü atlısı” – Hitchens və onun kitabı” adlı kitabından

Dipnotlar

  1.  Karl Stern, “The Flight from Woman”, səh: 290; Farrar, Straus and Giroux, New York, 1965