“Homoseksual Təbiət”

Həm akademik1, həm də populyar2 elmi çevrələrdə LGBT aktivistləri tərəfindən müdafiə məqsədilə ən çox istifadə edilən arqumentlərdən biri bu fenomenin təbiətdə digər canlılar arasında da yayğın olması, dolayısilə təbii qarşılanmasının zəruriliyi haqdadır. Bu yazıda sözügedən arqumentdən söz açacağıq. Gəlin, ilk öncə canlı təbiət dedikdə nəyin nəzərdə tutulduğuna baxaq.

Yer üzərində təxminən 8.7 milyondan növdən çox canlı olduğu güman edilir.3 LGBT aktivisti bir çox elm adamları təxminən 2 mindən çox növdə homoseksual aktların müşahidə edildiyini qeyd edirlər.4 Bu sayın bütün canlıların sayına nisbəti 0.02-dən azdır. İnsanlar arasında homoseksual fərdlərin sayının ümumi insanların təxminən 2% təşkil etdiyini nəzərə alsaq5,  bu o deməkdir ki, homoseksuallıq heyvanlar arasında insanlara nisbətən 100 dəfədən daha az rast gəlinir. Bu isə istifadə edilən arqumenti zəiflədir. Onu da qeyd etmək lazımdır ki, bu cür heyvanlarda insanlardan fərqli olaraq heç bir hormonal və ya anatomik dəyişiklik müşahidə edilmir.6 Üstəlik heyvanlarda homoseksuallıq insanlardan fərqli olaraq davamlı olaraq müşahidə edilmir.7 Yəni homoseksuallıq müşahidə edilən heyvanlar bir müddət sonra homoseksuallıqdan üz çevirib normal cinsi münasibətə qayıdırlar.

Burada digər bir problem budur ki, heyvanlarla insanların mütləq müqayisəsi yanlışdır. Çünki bizlərin homoseksual davranış olaraq qəbul etdiyimiz aktlar heyvanların nəzdində heç də homoseksual davranış deyil. Məsələn, itlər cinsi olaraq aktivləşdiklərində əşyalara vəya – hər iki cinsdən olan – insanlara təmas edə bilərlər. Bu nüans heyvanların daha asan stimullaşdırıla biləcəyini və cinsiyyət alqılarının insanlara nisbətən daha az inkişaf etdiyini göstərir. Səbəb isə budur ki, insanlardan fərqli olaraq heyvanlar düşünmək qabiliyyətinə sahib deyillər. Belə olan halda isə onlar öz hərəkətlərini homoseksual akt olaraq qəbul etmirlər. Bu isə o deməkdir ki, heyvanlar zahirən homoseksual davranışlar nümayiş etdirsələr belə, bu öz cinslərinin onlara cazibədar olmaları səbəbilə deyil.8

“Təbii və normal” fenomenlər

Məsələyə daha da geniş baxsaq, görərik ki, heyvanlar arasında yayılan, “təbii və normal” olaraq qəbul edilən, ancaq insanlar nəzdində qəbul edilməyən kifayət qədər təcrübə mövcuddur. Hər şeydən əvvəl -biologiya bilgisi olanlar bilir ki, -bir çox heyvanlar insest əlaqələrə girirlər. Erkək kirpi potensial dişi partnyorlarını idrarla isladır və yanlız buna qarşılıq gördükdən sonra cütləşmə baş verir. Dəvədəlləyilərdə bir növ hannibalizm müşahidə olunur. Belə ki, dişi ilə erkək cütləşərkən bəzən elə cütləşmə zamanı dişi erkəyi yeyə bilir. Latrodectus (Qara dul) növündən olan hörümçəklər də cütləşmə zamanı öz partnyorlarını yeyirlər.

Üstəlik heyvanlardan fərqli olaraq insanlar mənəvi varlıqlardır; müəyyən mənəvi dəyərləri hakim edərək öz cəmiyyətlərində yaşayırlar. Bu mənəvi dəyərlərin sayəsində cəmiyyətdə insanlar üçün uyğun yaşam ortamı formalaşır, əgər heyvanlara bənzəmək normal hal olsaydı heyvanların ortamından fərqlənməyən şərtlərdə yaşamaq da normal qəbul edilməli idi. Bir kimsə heyvanlar arasında olan halları arqument olaraq gətirib insanlara tətbiq etməyi gözəl bir fikir hesab edirsə heç olmasa ziddiyyətdən qurtulmaq adına bütün mənəvi dəyərləri inkar etməsi lazımdır. Əgər bunu etməyəcəksə o zaman mənəviyyatdan uzaq şərtlərdə yaşayan heyvanları insanlar üçün misal gətirməyin doğru olmadığını qəbul etməlidir. 

Təcavüzün, insestin, hannibalizmin, cinayətlərin və s. kimi aktların heyvanlar aləmində yayğın olduğunu nəzərə alsaq, bu cür misalları genişləndirmək mümkündür, ancaq bu qədərinin məsələni anlamaq üçün kifayət olduğunu düşünürük. Bu misallarla onu qeyd etmək istəyirik ki, homoseksuallıq mövzusunda müdafiə məqsədilə arqument kimi “heyvanlarda da müşahidə olunur, deməli normaldır” deyənlər cinayətlərə, təcavüzlərə, insest münasibətə, hannibalizmə və s. fenomenlərə də haqq qazandıra bilərlər və ya – arqumentlərində səmimidirlərsə,- haqq qazandırmalıdırlar. 

Dipnotlar

  1. Gentile Barbara F., Miller Benjamin O.. 2009. Foundations of psychological thought: A history of psychology. Los Angeles: SAGE Publications, Inc
  2. Xatırlayıram ki, Azərbaycanda da “Cinsi Orientasiyanın Mənşəyi” adlı seminarda ixtisasca uroloq olan spiker Dr. Vasif İsmayıl bu arqumentdən istifadə edərək belə bir fəaliyyətin təbii olmasını isbatlamaq istəyirdi.
  3. “Species count put at 8.7 million” BBC News (23rd August 2011).
  4. Galbraith, Mary Sarah O.P. 2014. A statement from Aquinas College. Aquinas College Press release. April 4, 2014
  5. Bailey, J. Michael; Vasey, Paul; Diamond, Lisa; Breedlove, S. Marc; Vilain, Eric; Epprecht, Marc (2016).Sexual Orientation, Controversy, and Science, p 17
  6. Bagemihl, Bruce (1999). Biological Exuberance: Animal Homosexuality and Natural Diversity. New York: St. Martin’s Press.
  7. Aldo Poiani, A. F. Dixson, Animal Homosexuality: A Biosocial Perspective  p. 179, 2010, Cambridge University Press
  8. Bagemihl Bruce (1999). Biological Exuberance: Animal Homosexuality and Natural Diversity. New York: St. Martin’s Press. p. 164