İqtisadi azadlığa sərhəd qoyan liberal yanaşmalardan biri anti-diskriminasiya qanunlarıdır. Bir çox liberal ölkədə siz cinsinə, irqinə, cinsi oriyentasiyasına görə bir insana xidmət etməyi, və ya onu işə almaqdan imtina edə bilməzsiz. Bunun səbəbi hər bir vətəndaşın bərabər olması və bərabər haqqlara malik olmasıdır. Lakin bu cür qanunlar açıq aydın liberalizmin ana inancı olan azadlığa sərhəd qoyur. Liberalların mənimsədiyi iki prinsip – azadlıq və bərabərlik bir biri ilə ziddiyət təşkil edir.
Təbii ki, bu bütün liberalların anlayışı deyil. Bu gün bir çox insan liberalizmi libertanizm ilə fərqli olduğunu düşünsə də bu xətadır. Libertanizm liberalizmin ən ardıcıl formasıdır. Onlar şəxsi azadlığı hər şeydən üstün tutacaq və anti-disriminasiya qanunlarını şiddətli rədd edəcəklər.
Bu ziddiyətin vaqiyəyə təzahürünün ən gözəl nümunələrindən biri yaxınlarda Britaniya Ali Məhkəməsinin eşcinsəl cütlük üçün toy tortu bişirməkdən imtina edən xristian şirniyyatçını günahkar görməsidir. Məhkəmə “bərabərliyi” üstün görmüşdür. ABŞ-da baş verən oxşar hadisədə Ali Məhkəmə xristian çörəkçinin xeyrinə qərar vermişdir. Əslində biraz da dərinə gedib Britaniya Ali Məhkəməsinin “bərabərlik” prinsipinə zidd addım attığını da iddia etmək olar, çünki ortada bir-biri ilə ziddiyyət təşkil edən “eşcinsəl əlaqələr normaldır” və “normal deyil” inancı var. Ali Məhkəmə cütlüyün lehinə qərar verdikdə “normaldır” inancını üstün tutur və xristianın inancına qarşı diskriminasiya edir. Qısası, məsələ bərabərlik deyil, kimin bərabərliyidir. Amma bu mövzunu sonraya saxlayaq.
Azərbaycanda Ramazanın gündüz çağında işləməkdən imtina edən restoranları buna məcbur etməyə çağırışlar edən insanlar bu debatın hansı tərəfindədirlər? Açığı düşünmürəm ki, ağlı başında olan liberal onların iddialarını etsin. İlk öncə, bu çağırışlar müsəlmanların iqtisadi azadlığını limitləşdirir. Digər tərəfdən bu restoranlar hansısa qruplar arasında ayrı seçkilik salmır, bəzilərinə xidmət edib digərlərinə xidmətdən imtina etmir, müəyyən saatlarda hər bir kəsə xidmət etməkdən imtina edir. Yenə də burada bu insanların müsəlmanlara qarşı ayrıseçkilik etdiyini iddia etmək olar: onlar öz inanclarına əsasən (Ramazandan gündüz çağı yeməkdə bir problem yoxdur) qarşı tərəfi bir şeyə məcbur etmək istəyərək öz inanclarının daha üstün olduğunu deyirlər və bununla qarşı tərəfin bərabərliyini inkar edirlər.
Cavab yaz