Hüceyrənin Sirləri – Prof. Michael Behe ilə [5 hissəli video serial]

Bölüm 2: Canlı Aləmin Mürəkkəbliyi

Gözəlliyinə və performansına görə hamımız avtomobilləri çox sevirik. ƏKSƏR AVTOMOBİLLƏR TƏXMİNƏN 30.000 HİSSƏDƏN İBARƏTDİR.

Əslində bioloqlar da avto-mexaniklər kimidir. Hər hüceyrədə hər hansı bir avtomobildə olandan daha çox sayda mürəkkəb hissə mövcuddur. Bioloqlar bu hissələrin hansılar olduğunu, necə işlədiyini və hüceyrənin hansı hissələrinin ona zərər vermədən ixtisar edilə biləcəyini öyrənir. Hüceyrənin daxili quruluşunu anlaya bilsəniz, canlılar haqqında çox şeyi başa düşə bilərsiniz.

Biz təxminən 40 trilyon hüceyrədən ibarətik. Mürəkkəb anatomiyamızın hər bir hissəsi bu hüceyrələrdən təşkil olunub. Lakin həqiqət budur ki, bu hissələrin sayını azaltsaq, hələ də işlək vəziyyətdə olarıq. Əgər bir gözümüzü, qulağımızı və ya əlimizi itirsək, bu heç də yaxşı olmaz, ancaq yenə də həyatımıza davam edə bilərik.

İXTİSAR OLUNA BİLİNƏN MÜRƏKKƏBLİK

Siçan tələsinin mürəkkəbliyi beş hissədən ibarətdir. Platforma, yay, çəkic, tutma çubuğu və tutqac. İndi isə hissələrin sayını beşdən dördə endirək. Tutma çubuğunu, yaxud yayı və ya başqa bir hissəsini götürsəm, tələ işləmiyəcək. Hər bir hissə vacib rol oynuyur. Mən bunu ixtisar oluna bilinməz mürəkkəblik adlandırıram. 

Bunu biologiyaya da tətbiq etsək, təbiətdə ixtisar oluna bilinməz mürəkkəblik nümunələri göstərə bilərikmi? Birhüceyrəli mikrobdan ibarət bir bakteriyaya baxaq. Bəzi bakteriyalarda flagellum adlı qamçılar var. Bu qamçılar qayığa bərkidilmiş motor kimidir. Bakteriyanın mayedə rahat hərəkət etməsi üçün bu motorlar durmadan fırlanırlar. bu hərəkət onların üzərək yem axtarmaları üçün olduqca vacibdir. 

Flagellum qamçısının motoru

Bu qamçılar bir neçə hissədən ibarətdir. Aparıcı mil, universal birləşmələr, rotor, oymaq, stator,  hətta mufta və əyləc sistemi. Bu qamçıların motoru dəqiqədə yüz min dövr sürətlə fırlanırlar və siçan tələsində olduğu kimi, bu zərif maşının hətta bir komponentini ixtisar etsək, o zaman bütün işləmə funksiyası sıradan çıxar və bu zaman bakteriya suda ölü vəziyyətdə qalar. Qamçı ixtisar oluna bilinməz mürəkkəbliyə malikdir. 

Kortəbii şəkildə inkişaf edə bilərmi?

Bu tələnin fabrikdə yığıldığını bilirik, bəs bakteriya qamçısı təbiətdə necə inkişaf etmişdir? Unutmayın ki, qamçılar ixtisar oluna bilinməyən mürəkkəbliyə sahibdir, dolayısı ilə bütün hissələr öz yerində olmalıdır, yoxsa o, işləyə bilməz. Onlar kortəbii bir şəkildə, mərhələlərlə inkişaf edə bilərlərmi?

Deyək ki, uzaq keçmişdə bakteriyalar ilk növbədə aparıcı mil əldə etdilər, sonra rotor, daha sonra oymaq və digərlərini. Sonra isə bu hissələr yüksək performanslı bir mühərrik təşkil etmək üçün öz aralarında sinxronlaşdı. Təkamül nəzəriyyəsi, bu gün gördüyümüz hər hansı bir üzvi canlının, nə qədər mürəkkəb olursa olsun, kifayət qədər vaxt verildiyi təqdirdə, təsadüfi, idarəolunmayan qüvvələr tərəfindən  mükəmməl və yavaş bir şəkildə inkişaf edə biləcəyini söyləyir. Mürəkkəblik mövzusuna gələn videomuzda, təkamülün gücü haqqında danışdığımız zaman təkrar geri dönəcəyik.