Son Bölüm: Həyatın Mənşəyindəki X-Faktor
Həyatın mürəkkəbliyini izah edən X-faktoru axtarırıqsa, o zaman dəlillərin arxasınca getməliyik. Beləliklə, bu vaxtadək nə müşahidə etdik? Gəlin hüceyrədən başlayaq.
Çarlz Darvinə müəmmalı qalan məqam indi daha yaxşı başa düşülür. Hüceyrənin canlıların ölçüsünü və formasını tənzimləyən məlumatları kodlaşdırıb ötürdüyünü bilirik, eyni zamanda hüceyrənin olduqca mürəkkəb maşınlardan ibarət olduğunu da bilirik. Üstəlik, bunların əksəriyyəti ixtisar oluna bilinməz mürəkkəbliyə malikdir, bütün hissələr mürəkkəb sistemin çalışması üçün olduqca vacibdir.
İxtisar olunmazlıq bütün hissələrin zamanla təsadüfi olaraq deyil, qəsdli şəkildə yekun məqsədə çatmaq üçün yaradılmasına bir dəlildir. Nəhayət, Darvin mürəkkəbliyi təkamül ilə izah etdi. Ona görə nəsillər arasında böyük olmayan təsadüfi variasiyalar tədricən canlı həyatının getdikcə daha mürəkkəb bir həyat sürməsinə səbəb oldu.
Ancaq elm, qısa müddət əvvəl bu variasiyaların genetik mutasiyadan qaynaqlandığını və hətta bu faydalı mutasiyaların belə genlərin qırılmasına səbəb olduğunu aşkar etdi. Bu əslində təkamül deyil, degenerasiyadır.
Bioloji mürəkkəbliyi izah edən x-faktorların sübutu
Bəs, bioloji mürəkkəbliyi izah edən x-faktorların sübutu nədir? Gəlin bu barədə düşünək. Meşədə gəzərkən oduncaqlardan yığılmış ox işarəsi ilə qarşılaşsanız, hansı nəticəyə gələrdiniz? Onun nə vaxt, kim tərəfindən və necə yaradıldığını göstərən heç bir aşkar dəlil yoxdur. Ancaq ortada bunun təsadüfi şəkildə formalaşmadığına, İntellektual bir müdaxilə olduğuna dair açıq bir dəlil var. Hissələrin məqsədyönlü təşkili ortada bir intellekt olduğunu göstərir.
Hissələr nə qədər mürəkkəb təşkil olunsa, bu, intellektə işarə edən dəlilin bir o qədər qüvvətli olduğunu göstərir. Mürəkkəbliyi izah edən X-faktor, intellektdir. Və bu İntellekt canlıların kompleksliyini izah edir. Təbiətdə müşahidə olunan incə və məqsədyönlü dizayn dəlilləri gücləndirir.
Deyə bilərsiniz, bir dəqiqə. Məqsədyönlü təşkil edildiyindən əmin olmaq üçün tərtibatın bir araya gətirildiyini gözümüzlə görməyimiz lazım deyil? Axı biz şüurlu bir inşaatçının evi necə inşa etdiyini görə bilirik. Təbiətdəki dizaynın necə əmələ gəldiyini görmür yaxud anlaya bilmiriksə,nə üçün bunun arxasında bir intellekt olduğuna inanmalıyıq? Nə deyim, Görə bildiyimiz şey bu qədərdir. Elə Məsələ də bundan ibarətdir.
Fərz edək ki, uzaq bir yerdən gələn 3 ziyarətçi əvvəllər haqqında heç eşitmədikləri bu heyranedici daş fiqurlarla rastlaşırlar. Necə əmələ gəldiyini bilməyən bu ziyarətçilərdən birincisi daşların yonulduğunu düşünə bilər, ikincisi elektrikli alətlərdən istifadə olunduğunu təxmin edər, üçüncüsü isə lazer vasitəsilə yonulduğunu deyə bilər. Lakin onlardan heç biri Rushmore dağının külək və yağış nəticəsində tədricən erroziyaya uğrayaraq təsadüfən ortaya çıxdığına dair bir nəticəyə gələ bilməz. Onlar dərhal bu işin arxasındakı niyyəti dərk edərək məqsədyönlü şəkildə yaradıldığını anlayacaqlar.
Min illərdir universal fikir olaraq qəbul edilmiş məqsədyönlülük
Təbiətin məqsədyönlü dizaynı min illərdir universal olaraq qəbul edilmiş bir fikirdir. Aristotel kimi bəzi filosoflar təbiətin yaranmasının yaradıcı bir qüvvənin səbəb olduğunu söyləyiblər. Qədim Romada yaşamış məşhur həkim Qalen kimiləri məqsədin təbiətə əlavə edildiyini düşünürdü. Lakin demək olar ki hər kəs təhsilli və ya dindar olub olmamasından asılı olmayaraq həyatın qəsdli şəkildə dizayn edildiyini anlayırdı.
Biologiyadan kənara çıxan digər sahələr də əsrlər boyu məqsədyönlü dizaynı qəbul etmişdir. Astronomiya, kimya və fizika, hamısı təbiətə bir dizaynerin əsəri kimi baxırdı.
Çarlz Darvin təsadüfi və məqsədsiz təkamülü səbəb kimi təklif etdikdə, elm bu güclü konsensusdan kənara çıxdı. İndi bilirik ki, Darvin canlıların həyatında baş verən kiçik dəyişikliklər barədə haqlı idi. Lakin böyük təsadüfi təkamül dəyişikliklərindəki dəlil boşluğu məqsədyönlü dizayn konsensusunu dəstəkliyir.
Bu intellekt kimə məxsusdur?
Bəs bu intellekt kimə məxsusdur? Bir şeyi dəqiq bilirik ki, O, həyatı dizayn edə bilmək üçün fenomenal dərəcədə intellekt sahibi olmalıdır. Üstəlik bu intellekt ən azı öz əsəri qədər üstün zəkaya malikdir. Görünür ki canlı həyatın özündən daha mükəmməldir.
Ancaq aydın məsələdir ki, təbiətdə bəzi xətalar müşahidə edirik. Bəzi körpələr qüsurlu olaraq doğulur, yaxşı insanlar xərçəngə tutulur. Nə üçün? Daha əvvəl qeyd etdiyim kimi Özümü elmin təkbaşına kim və ya niyə sualına cavab verə bilməyəcəyini düşünən bioloqlardan hesab edirəm. Bəlkə də bunun üçün fəlsəfə yaxud teologiyaya ehtiyacımız var. Ancaq dizaynerin kimliyi ayrı bir sualdır.
İşin əsli budur ki, Raşmorla ilk dəfə qarşılaşan ziyarətçilər kimi biz də dəlilləri görə bilirik. Əgər diqqətlə öyrənə bilsək, Dəqiqliklə bilərik ki, həyat bir ağıl tərəfindən dizayn edilmişdir.
Yekun
Bu kiçik serialda biz yalnız hüceyrənin bəzi hissələrinin necə zərif və məqsədyönlü olaraq dizayn edilməsi və bunun da qüvvətli şəkildə bir intellektə işarə etdiyi mövzusuyla qısa olaraq tanış olduq.
Müzakirələr serialın veb saytında davam etdirilir. Ətraflı məlumat üçün müraciət edə bilərsiniz.
Son olaraq serialı izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, serial təbiətin zərifliyi və dizaynı barədə olan dünyagörüşünüzü genişləndirməyi bacarmışdır.
Cavab yaz