Məşhur fəlsəfəçi Alvin Plantinga multikainat nəzəriyyəsinə qarşı çox maraqlı bir analogiya istifadə edir. Xatırladaq ki, bu nəzəriyyəyə görə ehtimalı nə qədər az olsa da, mümkün olan hər bir şey mövcuddur. O, deyir:
“Təsəvvür edin ki, siz poker oyunu üçün masa arxasına oturmusuz. Kartları paylayan şəxs oyunda özünə 4 ace (tuz) paylayır. İkinci, üçüncü, dördüncü oyun da belə davam edir. Artıq 20 oyun oynamısız, amma kartları paylayan hələ də hər dəfə özünə 4 ace paylayır. Siz cibinizdən silah çıxardıb adamı vurmaq istədiyinizdə o deyir: “Dur. Mən başa düşürəm ki, bu fırıldağa bənzəyir, lakin multikainatın mövcud olduğunu nəzərə alsaq, mənim kimi təsadüfən özünə hər dəfə 4 ace paylayan birisinin yaşadığı kainat mütləq mövcud olmalıdır.” Bunu eşitdikdə siz nə edərsiz? O oyunçunun doğru dediyi ehtimalını göz önünə gətirib oyuna davam edərsiz yoxsa onun hiylə işlətdiyinin qat qat daha çox ehtimallı olduğunu nəzərə alaraq oyunu dayandıracaqsız?“
Sağlam düşüncə
Plantinqanın analogiyasının məqsədi odur ki, misaldakı hadisənin (20 oyun ərzində 4 ace) baş verməsi nə qədər ehtimallı olsa da, sağlam düşüncə bizə intellektin (kartları paylayan oyunçu) ortaya daxil olub fırıldaqçılıqla məşğul olduğuna işarə edir. Beləliklə də, Kainatda mövcud olan dəqiq köklənmə (fine-tuning) hər nə qədər şüursuz multikainat tərəfindən yaradıla bilsə də, intellekt sahibi tərəfindən yaradılması qat qat daha ehtimallıdır və bizim sağlam düşüncə tərzimizə müvafiqdir.
Qeyd edək ki, biz multikainatın şüursuz yaradıla biləcəyini ümumiyyətlə mümkün hesab etmirik və bunun səbəbini əvvəlki yazılarda qeyd etmişik.
Cavab yaz