Bu insanlara (yazı altındakı şəkilə bax) bəsit məntiqi həqiqətləri izah etməkdən yorulmuşuq. Lakin bir daha təkrar qeyd etməliyik ki, Quranda Nuhun tufanının qlobal yoxsa lokal bir tufan olduğunu göstərən qəti və ya zahir olan hər hansı bir ayə yoxdur. Bu barədə əvvəllər qələmə aldığımız yazımıza baxa bilərsiniz.
Tufanın qlobal yoxsa lokal olmağından asılı olmayaraq müsəlmanlar Nuhun gəmisinin Allahın bir möcüzəsi olduğuna iman gətirmişlər. Bu yazıçı isə məntiqi xətaya yol verərək dinin rasional olmadığını isbatlamaq üçün materializmin hər bir halda doğru olduğunu fərz edir. Başqa sözlə bunu materializmə olan iman adlandırmaq olar.
İndi isə siz oxucuların rahatca müqayisə edə bilməsi üçün materializmin öz neo-darvinist ideyalarını isbatlamaq naminə geniş olaraq istifadə etdiyi bir elmdən bəhs edək:
Biocoğrafiya elmi.
Biocoğrafiya yer kürəsi tarixində müxtəlif canlıların zaman və məkana görə yayılmasını öyrənən elmdir. Neo-darvinistlər bu elmdən əldə olunan nəticələrin onların nəzəriyyəsini dəstəklədiyini iddia edirlər. Onlar deyirlər ki, biocoğrafi data bütün orqanizmlərin ortaq əcdaddan gəldiyi nəticəsinə varır. 1
Əslində biocoğrafi data neo-darvinizm üçün heç bir vaxt xüsusi arqument ola bilməz. Çünki bir çox canlının yer üzündə yerləşməsi sadəcə miqrasiya və kontinental driftin nəticəsi kimi izah oluna bilər. Eyni zamanda təkamülçülər ortaq əcdad məsələsinə ciddi problem yaradan bir çox biocoğrafi nəticəni məharətlə görməzdən gəlirlər. Məsələn əcdadı hər hansı bir qitədə yaşadığı inanılan canlı növü başqa uzaq bir adada tapılarsa bu canlının miqrasiyası ilə izah olunmalıdır. Standart miqrasiya mexanizmləri bunu izah edə bilməyəndə bu, neodarvinizm üçün ciddi problemlər ortaya çıxarır.
“Platyrrhines” parvdəstəsi
Dediyimiz problemin ən bariz nümunələrindən biri Cənubi Amerikada yaşayan “platyrrhines” adlı meymun parvdəstəsidir. Darvinistlər bu növün əcdadının Afrikada yaşayan “catarrhine” adlı meymun parvdəstəsi olduğuna inanırlar.
Fossillər platyrrhines meymunlarının Cənubi Amerikada son otuz milyon ildir ki yaşadığını göstərir. 2 Lakin müasir hesablamalara görə Cənubi Amerika ilə Afrika artıq 100-120 milyon il öncə bir birindən ayrılmışdı. 3
Üzgüçü meymunlar
Əgər Cənubi Amerika meymunları Afrika meymunlarından 30 milyon il öncə törəmişlərsə, neo-darvinistlər bu meymunların Afrika ilə Cənubi Amerika arasında olan minlərcə kilometr suyu necə qət etdiklərini izah etməlidirlər. Harper Collinsin insan təkamülü haqda olan dərsliyi deyir: “Platyrrhine meymunlarının mənşəyi paleontoloqları on illərdir ki çətinliyə salır… Bu meymunlar necə və nə zaman Cənubi Amerikaya yerləşdi?” 4 Primatoloqlar John Fleagle and Christopher Gilbert də eyni şeyi təsdiq edir. 5
“Rafting” hipotezi
Təkamülçlərin izahları ilə tanış olmayanlara onların bu məsələyə yanaşması inanılmaz gələ bilər. Onlar ortaq əcdad iddiasının xəta olduğunu heç bir halda fərz etmirlər, əksinə meymunların Afrikadan Atlantik okenını sal (raft) üzərində qət edərək Cənubi Amerikada yerləşdiklərini fərz edirlər. Harper Collins dərsliyi izah edir: “Rafting” hipotezi bu meymunların Afrikada yaşayan meymunlardan təkamül etdiklərini … və su üzərindən Cənubi Amerikaya çatdıqlarını izah edir. 6 Təbii ki sadəcə bir meymunun bu səyahətə çıxması kifayət deyil, ən azı iki meymun və ya bir hamilə meymun bu yolu qət etməlidirlər.
Biocoğrafi problem
Fleagle və Gilbert də “Rafting” hipotezinin ciddi biocoğrafi problem yaratdığını etiraf edirlər, çünki “iki qitə arasında ən azı 2600 kilometr su məsafəsi var. Buna görə də “iki qitənin primatları arasında biocoğrafi əlaqənin olması olduqca az ehtimallıdır” 7 Lakin onlar “ortaq əcdada” iman edirlər və bu əlaqəni tapmaq məcburiyyətindədirlər, təkamüldən savayı olan izahları nəzərə almaq istəmədiklərinə görə olduqca az ehtimallı hipoteza necəsə “platyrrines biocoğrafi mənşəyini izah etmək üçün ən ehtimallı ssenariyə” çevrilir. 8
Digər sözlərlə “ortaq əcdada” olan iman ən az ehtimallı ssenarini ən çox ehtimallı ssenariyə çevirilir.
Bu hipotezanın başqa bir böyük problemi meymunların digər məməlilər kimi yüksək metabolizmə sahib olmalarıdır. Onlar transatlantik ”səyahətləri” üçün böyük miqdarda yemək və su götürməyi də unutmamalı idilər. 9 Qısacası, Fleagle və Gilbert meymunların səyahətləri ilə cekpot qazandıqlarını vurğulayırlar. 10
Sonluq:
Əlbəttə təkamül nəzəriyyəsinin üzləşdiyi yeganə biocoğrafi problem Cənubi Amerika meymunları deyil. Lakin digərlərini başqa yazıya saxlayaq. Burada son olaraq demək istədiyimiz budur ki, atalar yaxşı deyib, öz gözündə tiri görmür, başqasının gözündə çöp axtarır.
Dipnotlar
- National Center for Science Education, “Evolution on Islands,” https://ncse.com/book/export/html/5528
- Alfred L Rosenberger and Walter Carl Hartwig, “New World Monkeys,” Encyclopedia of Life Sciences (Nature Publishing Group, 2001)
- Carlos G. Schrago and Claudia A. M. Russo, “Timing the Origin of New World Monkeys,” Molecular Biology and Evolution 20 (2003): 1620–1625; John J. Flynn and A. R. Wyss, “Recent Advances in South American Mammalian Paleontology,” Trends in Ecology and Evolution 13 (November 1998): 449–454; C. Barry Cox and Peter D. Moore, Biogeography: An Ecological and Evolutionary Approach (Oxford, UK: Blackwell Science, 1993), 185.
- Adrienne L. Zihlman, The Human Evolution Coloring Book (Napa, CA: HarperCollins, 2000), 4–11.
- John G. Fleagle and Christopher C. Gilbert, “The Biogeography of Primate Evolution: The Role of Plate Tectonics, Climate, and Chance,” in Primate Biogeography: Progress and Prospects, ed. Shawn M. Lehman and John G. Fleagle (New York: Springer, 2006), 393–394.
- Zihlman, Human Evolution Coloring Book, 4–11.
- Fleagle and Gilbert, “Biogeography of Primate Evolution,” 394.
- Ibid., 394–395
- Ibid., 404.
- Ibid., 395
Quranda Nuhun tufanının qlobal yoxsa lokal bir tufan olduğunu göstərən qəti və ya zahir olan hər hansı bir ayə yoxdur
—-
Sadəcə Quranda deyilir Nuh surəsində: “Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!” 26 ayə