Fossillərin bir-birinə oxşaması və Təkamül

“Fosillərin bir-birinə oxşaması təkamülə dəlil deyil. Bu yaradıcının da yaratdığı canlılar bir-birinə oxşaya bilər” dediyimizdə təkamül propaqandasına qurban getmişlərin yuxarıdan aşağı gülümsədiyini təsəvvür edə bilirik. İronik olaraq, bizim dediyimizə ən bariz nümunələrdən birini təkamülçü Tim Berra 1990-cı ildə yazdığı və Darvinizmi müdafiə etdiyi kitabında qeyd edir:

“Əgər siz Chevrolet Corvette`nin 1953-cü il modelini 1954-cü il modeli ilə yan yana qoyub müqayisə etsəz, sonra 1954-cü il modelini 1955-ci il modeli ilə müqayisə etsəz, və beləcə (modelləri müqayisə etməyə) davam etsəz, modifikasiyalı törəməyə aşkar şahid olacaqsınız. (Paleontoloqlar eyni məntiqi) fossillərə tətbiq edirlər. Bu dəlil o qədər əsaslı və hərtərəflidir ki, sağlam düşüncəli insanlar tərəfindən inkar oluna biməz”. (1)

Tim Berra

“Oxşarlıq Dəlili”

Berra`nın qaçırdığı nöqtə odur ki, avtomobillər mühəndislər, yəni intellektli varlıqlar tərəfindən inşa edilir. Fossil oxşarlıqlarının darvinizm üçün dəlil kimi istifadə oluna bilməyəcəyinə bəlkə də bundan gözəl misal verilə bilməzdi. Çünki o, özü də istəmədən alternativ izahın da ssenari ilə gözəl uzlaşdığını göstərdi. Berranın bu misalı şəxsi qəbahəti kimi qələmə verilə bilər və ya buna onun “çərçivələrdən kənara çıxmayaraq” təkamülə olan bağlılığı da səbəb ola bilər, Lakin “oxşarlıq” dəlilinin biabırçılıqları bununla bitmir…

(1) Tim Berra, 1990, Evolution and the myth of creationism : a basic guide to the facts in the evolution debate, Standford University Press, p. 117.