Xalanızın tortu | Elm “Nə üçün?” sualına cavab verə bilməz!

Bir gün xalanız qapınızı döyür və sizə şokoladlı bir ev tortu gətirir. Tortu alıb mətbəxdə masanın üstünə qoyursunuz. Xalanız getdikdən sonra tortdan bir dilim alıb yemək istəyirsiniz. Ancaq dadına baxmazdan əvvəl özünüzə bir sual verin: Nəyə görə xalanız sizin üçün tort bişirdi? Bir alim olaraq bunu araşdırmaq üçün əlinizdə bir dilim tortdan başqa heç bir şey yoxdur. Bəzi araşdırmalardan sonra tortun çox ehtimal ki, 177 dərəcədə bişirildiyini və tərkibində kakao tozu, şəkər, yumurta və süd olduğunu öyrənirsiniz. Ancaq bu məlumatları öyrənmək suala cavab vermək üçün kifayət deyil. Cavabı öyrənməyin yeganə yolu bunu xalanızdan soruşmaqdır.

Bu nümunə bir daha göstərir ki, elm yalnız “nə”“necə” suallarına cavab verə bilir, “nə üçün” sualına isə cavab verməkdən acizdir. “Nə üçün” sualı ilə qəsd etdiyimiz şey hadisələrin baş vermə məqsədləridir. Elm dağların geoloji proseslər nəticəsində necə əmələ gəldiyini izah edə bilər, ancaq onların yaranmasındakı məqsədi isə heç vaxt açıqlaya bilməz. Bir çoxları məqsəd anlayışını tamamilə inkar edirlər.

Bir şeyin məqsədini soruşmaq bir qayedən xəbər verir. Bir çox ateistlərə görə məqsəd köhnəlmiş dini düşüncələrə söykənən illüziyadan başqa bir şey deyil. Bu, kainatdakı varlığımıza baxmağın çox yararsız bir üsuludur. Belə bir dünyada hər şey nəzarət edə bilmədiyimiz fiziki proseslərlə izah edilə bilər. Biz yalnız bir-birinə dəyib aşan domino daşlarından biriyik. Aşıb düşməyimiz labüddür, çünki arxamızdakı domino daşı da artıq aşmışdır. Bütün bunlar nəinki məntiqsizdir, həm də normal gündəlik fəaliyyətimizdə düşündüyümüz bəzi təəccüblü ziddiyyətləri də önə çıxarır. Təsəvvür edin ki, bu kitabı oxuyarkən son fəslə çatırsınız və belə bir cümlə oxuyursuz: “Bu kitabın yazılmasının arxasında heç bir məqsəd durmur”. Hətta belə bir ifadəyə ciddi yanaşmazsız, elə deyilmi?

Author: “The Divine Reality: God, Islam & The Mirage of Atheism”. MA & PgCert Philosophy. Postgrad research, educator & writer.