Xürrəmi üsyanı və Babək – Dosent Elnur Nəsirov

Azərbaycan ictimaiyyətinin “xürrəmilik” və “Babək” haqqındakı təsəvvürü tarixi hadisələrdən daha çox Sovet dövründə çəkilmiş “Babək” filminə əsaslanır. 1979-cu ildə ekranlaşdırılmış bu film vasitəsilə azərbaycanlıların xilafət dövrü və sonrasındakı Azərbaycan tarixinə, İslam və bununla bağlı olan hər şeyə qarşı münasibəti formalaşdırılmışdır. 

Bu filmin açıq propaqanda vasitəsi olması real faktdır. Tarixi hadisələri bir kənara qoyub sadəcə bu filmin büdcəsinə nəzər salsaq və sadə məntiqi mülahizə irəli sürsək, bu, bizə aydın olar. Babək filminin büdəcəsi 1.650.000 sovet rublu idi, bu büdcənin bugünkü dəyəri 8.562.523 $-dır. Sözügedən film Azərbaycan SSR-nin ən bahalı filmi olduğu kimi 1991-dən bu yana da müstəqil Azərbaycanda belə iri büdcədə film çəkilməmişdir. Yəni “Babək” Azərbaycan kinomotoqrafiya tarixinin ən bahalı filmidir.

Azərbaycan tarixi üçün normal bir dərslik belə nəşr etməyən imperialistlərin niyə bu mövzuda film çəkərkən səxavətli davranıb kisənin ağzını bu qədər geniş açmış olduqları sizə bir şeylər deyirmi?!

Hər bir halda, gəlin, filmi bir kənara qoyub tarixi faktlara əsasən xürrəmilik və Babəklə bağlı reallıqları incələyək. Dini və siyasi hərəkat olaraq Xürrəmilik və Babək haqqında Tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Nəsirovun “Xürrəmi üsyanı və Babək” adlı geniş məqaləsini sizə təqdim edirik. 

Məqalə təməl qaynaq əsərlərin müqayisəli və tənqidi təhlilinə, eləcə də mövzu ilə bağlı aparılmış tədqiqat əsərlərinin öyrənilməsinə əsaslanaraq aşağıdakı başlıqlar altında qələmə alınmışdır.

  • Giriş 
  • Mənbələrin etibarlılığı 
  • Xürrəmi üsyanının mənşəyi
  • Xürrəmi sözünün mənası 
  • Xürrəmiliyin Məzdəkiliklə əlaqəsi 
  • Xürrəmilərin müsəlman olması ilə bağlı iddialar
  • Xürrəmilərin etnik kimliyi 
  • Babəkin etnik kimliyi 
  • Babəkin Xürrəmi üsyanına rəhbərlik etməsi 
  • Xürrəmi üsyanının yatırılması və Babəkin ələ keçirilməsi 
  • Nəticə
%d