Neo-ateistlərin qeyri-adi inancları

Neo-ateistlər özlərini o qədər ağıllı, intellektual hesab edirlər ki, Allaha inanan insanları geridə qalmış, primitiv, xurafatçı görürlər. İlahi varlığa və ya hansısa dinə inanan kəsləri doqmatik, dəlil və sübutun dəstəkləmədiyi bir şeyə inanan xurafatçılar hesab edirlər. Bu neo-ateistlər öz mövqelərini daha da ağırlaşdırmaq üçün iddialarına bir qədər istehza da əlavə etməyi unutmurlar.

Lakin işin qəribə tərəfi budur ki, bu ateistlər, hətta aqnostiklər özləri də elə şeylərə inanırlar ki, bu inanc da onların standartlarına görə doqma hesab edilə bilər, çünki bu inancların da hələ ki, elmi yollar ilə hər hansı bir sübutu yoxdur. Burada bəzi misalları qeyd etmək istəyirəm:

Lawrence Krauss və onun kimi bir çox təbii elmlər üzrə alimlər inanırlar ki, kompyuterlər nə vaxtsa canlanacaqlar, özlərini dərk edəcəklər və ən ailə canlı formasına çevriləcəklər. Krauss inanır ki, bu kompyuterlərdə vicdan əmələ gələcək və onlar ali intellekt sahibi olacaqlar.

Craig Venter və onun bənzərləri inanırlar ki, laborotoriyada cansız maddələrdən canlı həyat yaratmaq mümkündür. Baxmayaraq ki, bu günə qədər belə bir canlı varlıq yaratmaq mümkün olmayıb, bu, onlara bunun mümkünlüyünə inanmağa mane olmur.

Richard Dawkins qətiyyətlə ilahi varlığın mövcudluğunu inkar etsə də Yer üzündəki həyatın ayrı planetlərdəki daha intelektual varlıqlar tərəfindən əkilməsini möhtəməl hesab edir, bu ehtimalın zəif olduğunu desə də bunun mümkün olduğuna inanır.

Stephen Hawking və ona uyanlar inanırlar ki, kainatda heç bir şey olmasa da cazibə qüvvəsi özü-özünü heç bir şeydən yarada bilər, belə bir şey mümkündür.

Müasir zamanımızdakı fiziklərin, astro fiziklərin və bilim adamların həmən-həmən hamısı inanır ki, kainatda işıqdan sürətli heç bir şey yoxdur. Bu, elmi yollarla sübut olunmasa da hələ də ən əsas elmi nəzəriyyələrin əsasında duran bir iddiadır.

Yenə də çox sayda bilim adamı inanır ki, Marsda və ya başqa planetlərdə həyat mövcuddur, başqa formada canlılar mövcuddur. Bu, elm tərəfindən isbat olunmasa da belə bir şeyə inanan ateistlər az deyildir.

“Təbii elmlərin qüdrətinə iman”

Bu elm adamlarının bir çoxu inanır ki, təbii elmlər kainatda baş verən və bizə fövqəltəbii olaraq görünən hər bir şeyi izah etməyə qadirdir. Bu inanc da heç bir elmi sübuta dayanmır, lakin təbii elmlərin qüdrətinə inanmaqdan başqa bir şey deyildir.

Bu misalları artırmaq olar. Lakin burada görülməsi lazım olan tərəf budur ki, elmi yollar ilə sübut olunmamış, empirik sınaqlardan keçməmiş bir şeyə inanmaq əgər insanın xurafatçı, primitiv olmasını tələb edirsə o zaman müasir dövrümüzün ateist bilim adamlarına da bu primitivliyin, xurafatçılığın çox yaxşı bir payı düşür.

%d