“Genesis & Yaradılış & Təkamül: Həqiqətin Axtarışında” [Kitab Analizi – 5: Fosillər]

Fosil qeydləri hələ çoxdan təkamül nəzəriyyəsi üçün bir problem olaraq qəbul edilmişdir. Darwin “Növlərin Mənşəyi” adlı kitabında qeyd etdiyi kimi, öz nəzəriyyəsinin ona “əvvəllər yer üzündə mövcud olan aralıq növlərin əslində olduqca çox olması lazım olduğuna” inanmasına gətirib çıxarırdı.1 Bununla birlikdə, fosil qeydlərinin bu “aralıq” həyat formalarını sənədləşdirmədiyini öz kitabında “Nəyə görə hər bir geoloji formasiya və təbəqə bu cür aralıqlarla dolu deyil?” sualını verməyə məcbur oldu.2 Darwin`in cavabı onun fikirlərini dəstəkləyən dəlillərin zəif xüsusiyyətini göstərirdi: “Şübhəsiz ki, geologiya belə həssas dərəcədə olan üzvi zənciri aşkar etmir; və bu, bəlkə də, mənim nəzəriyyəmə qarşı edilə biləcək ən açıq və ən ağır etirazdır. ”3

Bu gün, təxminən 150 il sonra, fosil qeydlərində bilinən minlərlə növdən yalnız kiçik bir hissəsinin Darwin’in aralıq formalarına namizəd olduqları hesab edilir. Təkamülçü paleontoloq Stephen Jay Gould`un da dediyi kimi, fosil dəlillərindəki aralıq formalar ümumiyyətlə çatışmır: “Üzvi dizayndakı əsas keçidlər arasındakı ara mərhələlər üçün fosil dəlillərinin çatışmaması tədrici təkamül izahları üçün davamlı və çətin bir problemdir.” 4

Darwin aralıq fosillərin “geoloji qeydlərin yetərincə mükəmməl olmaması” səbəbiylə tapılmadığını səbəb gətirərək öz tədrici təkamül nəzəriyyəsini xilas etməyə çalışırdı.5 Hətta Gould Darwin’in fosil qeydlərinin yetərli olmadığı iddiasının “Bir çox paleontoloqun birbaşa təkamül əlamətini çox az əks etdirdiyinə görə utandıqlarından müraciət etdikləri çıxış yolu” olduğunu qeyd edir.6 Ancaq son bir neçə onillikdə bu bəhanə də öz etibarlığını itirdi.

Paleontoloqlar bu gün ümumiyyətlə fosil qeydlərinin hələ də qeyri-kamil olmasına baxmayaraq, təkamüllə bağlı sualları qiymətləndirmək üçün yetərli olduğunu qəbul edirlər. “Nature” jurnalındakı bir araşdırmaya görə “…ailənin taksonomik səviyyəsinə qədər miqyaslasaq, son 540 milyon illik fosil qeydləri keçmiş dövrə aid yetərli sənədlər təmin edə bilir.”7 Paleobiologiya sahəsindəki başqa bir məqalə fosil qeydləri barədə məlumatlarımızı dəyərləndirir və “bioloji müxtəliflik tarixinə baxışımız yetkindir” nəticəsinə gəlir.8 Paleontoloqlar növlər arasında aralıq formalar olmadan gerçəkləşən “sıçrayışların” sadəcə əskik bir qeydin nəticəsi olmadığını artıq gedərək qəbul etməyə başlayırlar. Amerika Təbiət Tarixi Muzeyinin təkamülçü paleontoloqu və kuratoru Niles Eldredge bunu Ian Tattersal ilə birlikdə belə izah edir: “Fosil qeydləri sıçrayır və bütün dəlillər bu qeydlərin gerçək olduğunu göstərir: gördüyümüz boşluqlar canlı həyatın tarixindəki real hadisələri əks etdirir – bunlar kasıb fosil qeydinin artefaktı deyil.”9 Bu nəticəyə elə-belə gəlinməyib, belə ki, Gould`un rəhbərliyi altında təhsil alan bir elm adamı həmkarlarından “təkamülçü bioloqlar qüsurlu olduqlarına görə fosil qeydlərini artıq görməməzlikdən gələ bilməzlər” deyə yalvarmalı olduğunu hiss edirdi.10

Partlayış modeli 

Fosil qeydlərinin tamamilə əskik olmadığının anlaşılması təkamülçü bioloqları qeydlərin canlı orqanizmlərin tədrici təkamülünü deyil, partlayış modelini qəbul etməyə məcbur etdi. Bir biologiya dərsliyində bu belə izah edilir:

“Bir çox növ milyonlarla ildir ki, dəyişməz olaraq qalır, sonra birdən birə yoxa çıxır və yerini  tamamilə fərqli, lakin əlaqəli bir forma ilə əvəz edir. Üstəlik, əksər böyük heyvan qrupları fosil qeydlərində birdən-birə, tam olaraq peyda olmuş və ana qruplardan bir keçid əmələ gətirən fosillər tapılmamış şəkildə ortaya çıxırlar.”11

Yəqin ki, birdən-birə peyda olmanın ən məşhur nümunəsi, demək olar ki, bütün əsas canlı heyvan qruplarının meydana gəldiyi Kembri partlamasıdır. Onurğasızlara dair biologiya dərsliyində bu belə izah olunur:

“Fosil qeydlərində təmsil olunan heyvan qruplarının bir çoxu, təxminən 550 milyon il əvvəl Kembri dövründə “tamamilə formalaşmış” şəkildə ortaya çıxır. Bunlara trilobitlər, dərisitikanlılar, çiyinayaqlılar, molyuskalar və xordalılar kimi anatomik cəhətdən mürəkkəb və fərqli növlər daxildir. Bu səbəbdən fosil qeydləri müxtəlif heyvan qruplarının mənşəyi və erkən dövr şaxələndirməsinə dair bizə heç bir şey vermir…”12

Təkamülçü elm adamları bu müxtəlif heyvan bədəni planlarının belə anidən peyda olmasını klassik darvinist proseslər və ya digər materialist mexanizmlərlə izah edə bilmədiklərini qəbul edirlər. McGill Universitetinin paleontoloqu Robert Carroll “Trends in Ecology and Evolution“ jurnalında “Anatomik dəyişikliklərin və adaptiv radiasiyanın qısa zaman ərzində belə fövqləladə sürəti müasir biota içərisində növlərin təkamülü üçün təklif edilən hüdudlardan kənara çıxan izahlar tələb edir” fikrini irəli sürür.13 Başqa bir məqalədə “Mikrotəkamül ideyası Kembri Partlayışı zamanı bu cür fövqəladə yenilik partlaması üçün qənaətbəxş bir açıqlama vermir” deyilir və “canlıların təkamülündəki əsas təkamül keçidləri hələ də öz izahını gözləyir” qeyd olunur.14 Eyni şəkildə “BioEssays” jurnalında 2009-cu ildə bir məqalədə “nə qədər çox məlumat əldə edilirsə Kembri partlayışının materialist əsaslarını aydınlaşdırmaq bir o qədər çətinləşir” deyilir.15

Lakin Kembri partlayışı fosil qeydlərində qeydə alınan yeganə “həyat partlaması” deyil. Böyük balıq qruplarının mənşəyi ilə əlaqədar olaraq Kolumbiya Universitetinin geoloqu Arthur Strahler yazır ki, “Bu yaradılışçıların ittihamında elə bir maddədir ki, paleontoloqlar sadəcə biz buna etirazımız yoxdur bəyanatını səsləndirirlər.”16 “Annual Review of Ecology and Systematics” jurnalındakı bir məqalədə qurudakı bitkilərin mənşəyi “çox mübahisəli olan Kembri dəniz faunaları “partlaması”nın yerdəki ekvivalenti olduğu” izah edilir.17 Çiçəkli bitkilərin (angiospermae) mənşəyi ilə əlaqədar olaraq paleontoloqlar “böyük çiçəklənmə” (big bloom) tipli partlayış hadisəsi aşkara çıxarıblar. Bir məqalədə deyildiyi kimi:

“Fərqli məlumat mənbələrində (məsələn, fosil qeydləri və molekulyar-morfoloji simvollardan istifadə edilməklə filogenetik analizlər) aparılan bir çox araşdırma və təhlillərə baxmayaraq, angiospermlərin (çiçəkli bitkilərin) mənşəyi hələ də  aydın deyil. Angiospermlər (çiçəkli bitkilər) fosil qeydlərində birdən-birə peyda olub… (bundan) əvvəki 80-90 milyon il müddətdə aşkar heç bir əcdadları yoxdur.”18

Bənzər şəkildə, bir çox məməli partlama şəklində ortaya çıxır. Niles Eldredge izah edir ki, “ortada çoxlu sayda boşluqlar var: təkcə növlər arasında deyil, eyni zamanda daha böyük qruplar arasında da – məsələn, ətyeyən ailələr və ya məməli dəstələri arasında tədrici “ara keçid formalarının” olmaması kimi boşluqlar..”19 Həmçinin, qısa müddət ərzində böyük quş qruplarının meydana çıxması ilə nəticələnən “quş partlayışı” da mövcuddur.20 “Trends in Ecology and Evolution“ jurnalında yayımlanan “Təkamül Partlayışları və Filogenetik Fitil” adlı bir məqalədə belə izah edilir:

“Fosil qeydlərinin hərfi bir şəkildə oxunması göstərir ki, erkən Kembri (təqribən 545 milyon il əvvəl) və Üçüncü mərhələ (təqribən 65 milyon il əvvəl) dövrləri müasir quş dəstələri və plasentalı məməli dəstələri kimi heyvan filasının görünüşünə təsir edən olduqca sürətləndirilmiş morfoloji təkamül dövrləri ilə xarakterizə olunurlar.”21

Sözsüz ki, təkamülçü alimlərin tədrici darvinist təkamülü sənədləşdirən ara keçid fosili tapdıqlarına inandıqları bir neçə nümunə var. Balinaların təqribən 55 milyon il öncə bəzi quru məməlilərinin arxa ayaqlarını itirdiyinə və tamamilə suda yaşayan balinalara çevrildiyinə inandıqları təkamülü “makrotəkamülün nümunəvi şagirdi”22 adlandırırlar. Fosil qeydlərində xüsusilə  balinalara bənzər qulaq sümükləri olan quru məməlilərinin və arxa ayaqlarını qoruyub saxlayan balinaya bənzər məməli fosillərin olduğu iddia edilir.

Onurğalılar və balinalar üzrə mütəxəssis Phillip Gingerich “balinaların sələfini bugünkü məməlilərə bağlayan yalnız üç və ya dörd pilləni təsvir edən fosillərə sahib olduğumuzu” etiraf etsə də,23 gəlin bir anlıq fərz edək ki, əlimizdə bütöv bir fosil ardıcıllığı var. Bu, keçidin baş verdiyini göstərmək üçün kifayətdirmi? Potensial ara keçid formalara bənzəyən fosillər olsa da, əgər ümumi təkamül hekayəsinin mənası yoxdursa, fosillər ara keçid ola bilməz. Bu vəziyyətdə, quru məməlilərdən gələn balinaların darvinist təkamülü populyasiya genetikası tərəfindən ciddi riyazi problemlərlə qarşılaşır.

Quru məməlisini balinaya çevirmək üçün bir çox dəyişiklik lazımdır, bunlar:

– Əzələ və sinir sistemi nəzarəti altında bir dəliyin ortaya çıxması

– Mütəmadi sualtı görmə üçün gözün modifikasiyası

– Dəniz suyunu içmək bacarığı

– Ön ayaqların üzgəclərə çevrilməsi

– Skelet quruluşunun modifikasiyası

– Balalarını su altında əmizdirmə bacarığı

– Quyruq qanadlarının və əzələlərin mənşəyi

– İstilik izolyasiyası üçün yağ təbəqəsi24

Bu zəruri adaptasiyaların bir çoxu çoxsaylı koordinasiyalı dəyişikliklər tələb edir. Ancaq “Kitab analizi 3”-də gördüyümüz kimi, belə sinxron mutasiyaların Darvin mexanizmi ilə ortaya çıxması son dərəcə uzun müddət tələb edir. Balina təkamülü hal-hazırda ciddi bir problemlə üzləşir. Fosil qeydləri balinaların kiçik quru məməlilərdən 10 milyon ildən az bir müddətdə baş verməli olduğunu tələb edir.25 Bu uzun müddətə bənzəyir, lakin balinaların əslində kiçik populyasiya ölçülərinə və uzun nəsil dövrlərinə sahib olduğunu nəzərə aldıqda bu çox qısa müddətdir.26 Bioloq Richard Sternberg bu keçidin tələblərini riyazi cəhətdən araşdıraraq belə bir ifadə işlədir: “Olduqca çox genetik əlaqə və olduqca az vaxt.”27

Beləliklə, balinaların mənşəyi təkamül keçidlərinə dair maraqlı bir araşdırma ortaya qoyur: Nadir hallarda, potensial olaraq ara keçid formaları ilə ortaq xüsusiyyətlər sərgiləyən fosillərin olduğu vəziyyətlərdə idarəolunmayan neo-darvinist təkamülün- fosil qeydlərinin icazə verdiyi olduqca qısa müddət ərzində işlək olmadığı ortaya çıxır. Əgər makro-təkamülün bu “nümunəvi şagirdi” belə bir kritika qarşısında davam gətirmirsə, təkamülçülərin ara keçid fosili kimi iddia etdikləri digər hallar haqqında nə deyə bilərik?

İnsanın mənşəyi və fosil qeydləri

Doğurdan da elmi ictimaiyyət arasında insan irqinin meymunabənzər əcdadlardan təkamülünü sənədləşdirən fosillərin olduğu deyilir, ancaq texniki ədəbiyyata daha yaxından nəzər saldıqda tamamilə fərqli bir hekayə ilə qarşı-qarşıya qalırıq. Hominid fosillər ümumiyyətlə iki qrupdan birinə ayrılır: meymunabənzər növlər və insanabənzər növlər. Bunların arasında böyük, əlaqələndirilməmiş boşluqlar var. 2004-cü ildə məşhur təkamülçü bioloq Ernst Mayr insanların ani olaraq peyda olmasını qəbul edir:

“Homo, Homo-rudolfensis və Homo-erectus’un ən erkən fosilləri Australopithecus’dan böyük bir boşluqla ayrılır. Bu sıçramanı necə izah edə bilərik? Bu itkin düşən halqa rolunu oynaya biləcək fosillərə sahib olmadığımıza görə, tarix elminin köhnə üsullarına, tarixi hekayənin inşasına geri dönməliyik.”28

Bu cür dəlillər qarşısında “Molecular Biology and Evolution” jurnalı bir məqaləsində Homo-sapiens`in meydana gəlməsini “heç bir avstralopiteksin (australopithecine) növünün açıq keçid olmadığı” “genetik inqilab” adlandırdı.29 Fərz olunan keçiddəki fosil qeydlərinin çatışmazlığı Harvard paleoantropoloqları Daniel E. Lieberman, David R. Pilbeam və Richard W. Wrangham tərəfindən də təsdiq olunur:

“İnsan təkamülü əsnasında baş verən müxtəlif keçidlərdən- Australopithecus’dan Homo’ya keçid, şübhəsiz ki, böyüklüyünə və nəticələrinə görə ən kritik dövrlərdən biri idi. Bir çox əsas təkamül hadisəsində olduğu kimi, burada da həm yaxşı, həm də pis xəbərlər var. Birincisi, pis xəbər bundan ibarətdir ki, fosil və arxeoloji qeydlərin azlığı səbəbindən bu keçidin bir çox təfərrüatı hələ də qaranlıqdır.”30

“Yaxşı xəbər”ə gəldikdə isə, yenə də etiraf edirlər: “Australopithecus’dan Homo’ya keçidin tam olaraq nə vaxt və harada baş verdiyinə dair əlimizdə ətraflı məlumat olmasa da, keçiddən əvvəlki və sonrakı dövrlərdə baş verən əsas dəyişikliklərin ümumi təbiəti haqqında bəzi nəticələr çıxarmaq üçün kifayət qədər məlumata sahibik.”31Başqa sözlə, fosil qeydlərində meymunabənzər avstralopiteksinlər “əvvəl”, insanabənzər Homo-lar isə “sonra” kimi qeyd edilir, lakin aralarındakı keçidi sənədləşdirən fosillər mövcud deyil. Aralıq keçidlər olmadığı təqdirdə əlimizdə ancaq və ancaq darvinist təkamül fərziyyəsinə əsaslanan “nəticələr” qalır. Bir şərhçi bu dəlillərin bizi Homo cinsinin əmələ gəlməsini “böyük partlayış nəzəriyyəsi”ndəki kimi olduğunu deməyə gətirir.32 Bu, insanın mənşəyinə dair qaneedici bir təkamül izahı vermir.33

Canlı həyatın tarixi tədrici darvinist təkamülü əks etdirmək əvəzinə, yeni fosil formaları açıq-aydın sələfləri olmadan meydana gəldikləri bir partlayış nümunəsi sərgiləyirlər. Təkamülçü antropoloq Jeffrey Schwartz problemi belə ümumiləşdirir:

“Əksər böyük orqanizm qruplarının mənşəyi barədə hələ də qaranlıq məqamlar içərisindəyik. Onlar fosil qeydlərində eynilə Afinanın Zevsin başından doğulduğu kimi peyda olurlar- Darvinin saysız-hesabsız tədrici variasiyalarına hesablanmış şəkildə yox, tam olaraq inkişaf etmiş şəkildə ortaya çıxırlar.”34

Bu, bütün canlıların ortaq mənşəyə bağlı olduğu düşüncəsi də daxil olmaqla Darvinin təkamülü üçün böyük bir problem yaradır.

Dipnotlar

  1. Charles Darwin, The Origin of Species (1859), p. 292 (reprint, London: Penguin Group, 1985).
  2. Ibid
  3. Ibid
  4. Stephen Jay Gould, “Is a new and general theory of evolution emerging?” Paleobiology, 6(1): 119-130 (1980).
  5. Charles Darwin, The Origin of Species (1859), p. 292 (reprint, London: Penguin Group, 1985)
  6. Stephen Jay Gould, “Evolution’s erratic pace,” Natural History, 86(5): 12-16, (May, 1977).
  7. M. J. Benton, M. A. Wills, and R. Hitchin, “Quality of the fossil record through time,” Nature, 403: 534-536 (Feb. 3, 2000).
  8. Mike Foote, “Sampling, Taxonomic Description, and Our Evolving Knowledge of Morphological Diversity,” Paleobiology, 23: 181-206 (Spring, 1997).
  9. Niles Eldredge and Ian Tattersall, The Myths of Human Evolution, p. 59 (New York: Columbia University Press, 1982).
  10. David S. Woodruff, “Evolution: The Paleobiological View,” Science, 208: 716-717 (May 16, 1980).
  11. C.P. Hickman, L.S. Roberts, and F.M. Hickman, Integrated Principles of Zoology, p. 866 (Times Mirror/Moseby College Publishing, 1988, 8th ed).
  12. R.S.K. Barnes, P. Calow and P.J.W. Olive, The Invertebrates: A New Synthesis, pp. 9-10 (3rd ed., Blackwell Sci. Publications, 2001).
  13. Robert L. Carroll, “Towards a new evolutionary synthesis,” Trends in Ecology and Evolution, 15(1):27-32 (2000).
  14. Jaume Baguña and Jordi Garcia-Fernández, “Evo-Devo: the Long and Winding Road,” International Journal of Developmental Biology, 47:705-713 (2003) (internal citations removed)
  15. Kevin J. Peterson, Michael R. Dietrich and Mark A. McPeek, “MicroRNAs and metazoan macroevolution: insights into canalization, complexity, and the Cambrian explosion,” BioEssays, 31 (7):736-747 (2009).
  16. Arthur N. Strahler, Science and Earth History: The Evolution/Creation Controversy, pp. 408-409 (New York: Prometheus Books, 1987).
  17. Richard M. Bateman, Peter R. Crane, William A. DiMichele, Paul R. Kenrick, Nick P. Rowe, Thomas Speck, and William E. Stein, “Early Evolution of Land Plants: Phylogeny, Physiology, and Ecology of the Primary Terrestrial Radiation,” Annual Review of Ecology and Systematics, 29: 263-292 (1998).
  18. Stefanie De Bodt, Steven Maere, and Yves Van de Peer, “Genome duplication and the origin of angiosperms,” Trends in Ecology and Evolution, 20:591-597 (2005)
  19. Niles Eldredge, The Monkey Business: A Scientist Looks at Creationism (New York: Washington Square Press, 1982), 65.
  20. See Alan Cooper and Richard Fortey, “Evolutionary Explosions and the Phylogenetic Fuse,” Trends in Ecology and Evolution, 13 (April, 1998): 151-156; Frank B. Gill, Ornithology, 3rd ed. (New York: W.H. Freeman, 2007), 42.
  21. Alan Cooper and Richard Fortey, “Evolutionary Explosions and the Phylogenetic Fuse,” Trends in Ecology and Evolution, 13: 151-156 (April, 1998).
  22.  J.G.M. Thewissen and Sunil Bajpai, “Whale Origins as a Poster Child for Maccroevolution,” BioEssays, 51: 1037-1049 (December, 2001).
  23. Philip Gingerich, “Fossils and the Origin of Whales,” ActionBioScience.org (December, 2006), http://www.actionbioscience.org/evolution/gingerich.html
  24.  List provided courtesy of Dr. Richard Sternberg.
  25. Alan Feduccia, “‘Big bang’ for tertiary birds?,” Trends in Ecology and Evolution, 18: 172-176 (2003).
  26. See Walter James ReMine, The Biotic Message: Evolution Versus Message Theory (Saint Paul: MN, Saint Paul Science, 1983).
  27. Private communication with Richard Sternberg.
  28. Ernst Mayr, What Makes Biology Unique?, p. 198 (Cambridge University Press, 2004).
  29. John Hawks, Keith Hunley, Sang-Hee Lee, and Milford Wolpoff, “Population Bottlenecks and Pleistocene Human Evolution,” Journal of Molecular Biology and Evolution, 17(1):2-22 (2000).
  30.  Daniel E. Lieberman, David R. Pilbeam, and Richard W. Wrangham, “The Transition from Australopithecus to Homo,” Transitions in Prehistory: Essays in Honor of Ofer Bar-Yosef, p. 1 (John J. Shea and Daniel E. Lieberman eds., Oxbow Books, 2009) (internal citations removed).
  31. Ibid.
  32. “New study suggests big bang theory of human evolution,” (January 10, 2000) at http://www.umich.edu/~newsinfo/Releases/2000/Jan00/r011000b.html
  33. For a more detailed discussion of the fossil evidence and human origins, see Casey Luskin, “Human Origins and the Fossil Record,” pp. 45-83 in Science and Human Origins (Discovery Institute Press, 2012).
  34. Jeffrewy Schwartz, Sudden Origins: Fossils, Genes, and the Emergence of Species, p. 3 (Wiley, 1999).