Ateizm və əqlin etibarlığı

Ateistə sual verin: Beyin nədir? Ateistin aləmində bu sualın ən qısa cavabı budur: “Beyin, təfəkkürsüz və məqsədsiz proses nəticəsində ortaya çıxmış son məhsuldur.”

O zaman ateistdən soruşun ki, “belə bir beyinə necə etibar etmək olar? Axı bu beyin təfəkkürsüz, mənasız, məqsədsiz prosesin nəticəsidir. Əgər mənə bir kimsə kompyuter verib onun məqsədsiz, təfəkkürsüz bir prosesin nəticəsində istehsal edildiyini söyləyərsə mən o kompyuteri almaram, onu istifadə etmərəm.”

Çox maraqlıdır ki, Charles Darwin özü bu həqiqətə işarə edərək deyib:

“Məndə daim mənfur bir şübhə oyanır ki, daha primitiv heyvanlardan inkişaf edərək əmələ gəlmiş insan ağlının qənaətlərinin bir dəyəri varmı və ya ümumiyyət etibarlıdırmı?!”

Charles Darwin

Çox maraqlı sualdır. Mənasız, təfəkkürsüz, məqsədsiz hadisələrin nəticəsində ortaya çıxmış bu beyinin çıxardığı nəticələrə ateistlər necə etibar edirlər?!