Bundan öncə “Yeni Ateizm” cərəyanının iki nümayəndəsi Richard Dawkins və Stephen Hawking`in kitablarındakı fəlsəfi absurd fikirlər haqqında yazılar yerləşdirmişdik. Müasir ateizmin fəlsəfi cəhətdən nə qədər yoxsul olduğunu göstərmək üçün bu cərəyanın daha bir aktiv iştirakçısı olan Lawrence Krauss ilə davam edirik. Xeyr, debatlarının birində insesti qəbul etdiyi haqda yazmayacağıq. Onun yerinə fizikin “A Universe from Nothing” (Heç nədən Kainat) kitabı haqda qısa məlumat verəcəyik. Məlumat üçün deyək ki, Dawkins bu kitaba müqəddimə yazmış və müəllifin kainatın mənşəyi haqqında olan fikirlərini dəstəkləmişdir.
Aşağıda fəlsəfə professoru David Albertin New York Times jurnalına bu kitab haqqında yazdığı məqaləsindən ən əhəmiyyətli nöqtələrə diqqət çəkəcəyik.
“Heç nə” nədir?
Kraussun qəsd etdiyi “Heç nə” həqiqətən də heç nədirmi? 17-ci əsrdə Newton özünün dünya modelini təqdim etmişdi. Bu dünya modeli iki əsldən ibarət idi: daimi var olan, Kainatın əsas, elementar fiziki “şeyi” və bu “şeyin” müxtəlif tərtibatlarını izah edən, tərtibatları bir birinə bağlayan, hansı tərtibatın mümkün hansının isə mümükünsüz olacağını deyən qanunlar. Newtona görə bu “şey” elementar maddi hissəciklər idi, qanun isə Ümumdünya cazibə qanunudur. Newtondan sonra təqdim olunan istənilən teoriyada bu iki əsl mövcud idi. Kraussun etimad etdiyi teoriya isə “Relativistic quantum field theory”dir. Relativist kvant sahələri teoriyası kimi tərcümə edə biləcəyimiz bu teoriya da əbədi, elementar və əsas fiziki “şey” kvant sahələridir, qanunlar isə kvant mexanikası qanunlarıdır. Gördüyümüz kimi Kraussun iddia etdiyi “heç nə” əslində heç nə deyildir. Ən azı fəlsəfəçilərin qəsd etdiyi mənada deyildir. Bu Kvant Sahələri müəyyən tərtibatda olanda bütün Kainat bir neçə hissəcikdən ibarət ola bilər. Digər tərtibatda olanda isə sonsuz sayda hissəcikdən ibarət ola bilər. Eyniylə elə bir tərtibat mümkün ola bilər ki, bu tərtibatda mövcud olan kvant sahələrində heç bir hissəcik olmasın. Bu cür kvant sahələr tərtibatına Krauss “Heçnə” adını verməklə mütəxəssis olmayan insanları çaşdırmaq istəyir.
Kraussun dünya modeli nəinki əslində “heç nə” deyil, üstəlik bu model bir neçə fundamental sual ilə qarşılaşır: kvant mexanikasının qanunları haradan gəlir, kvant sahələr haradan gəlir, nəyə görə mövcud olan dünya bu sahələrdən ibarət olmalı idi və ən əsası – bu dünya özü haradan əmələ gəlib?
“İntellektual iflas”
Krauss bütün bu suallara cavab verməkdə acizdir. Belə birisinin teoloqları və müasir fəlsəfəni “intellektual iflas”da ittiham etməsi isə sadəcə gülüncdür.
Əslində Krauss kitabında “heç nə”nin həqiqi heçnə olmadığını qəbul edir. Misal üçün kitabının bir yerində heç nəni “stabil olmayan” kimi ifadə edir. Digər yerdə isə onun “fiziki” olduğunu qeyd edir. “Dadlı heç nə” və ya “rahat heç nə” cümlələri nə qədər absurddursa, Kraussun dediyi də bir o qədər absurddur. Kitabının sonuna bir neçə səhifə qaldığında Krauss etiraf edir ki, teoriyasının işləməsi üçün bəzi kvant mexanikası qanunları sadəcə bir verilən kimi qəbul olunmalıdır.
Cavab yaz