Hüceyrənin Sirləri – Prof. Michael Behe ilə [5 hissəli video serial]

Bölüm 3: Təkamülün Gücü

Biz adətən böcəklərin zərifliyi barədə düşünmürük, xüsusən bizi narahat edən bocəklərin. Lakin elm adamları və mühəndislər, onların əslində mexaniki cəhətdən bir möcüzə olduqlarını yaxşı başa düşürlər. İnsanların bu zamanadək düzəltdiyi heç bir şey mürəkkəblikdə onlara çatmır. Son zamanlar sürətlə böyüyən Biomimetika adlı mühəndislik sahəsi məhz biologiyanı təqlid etməklə irəliləyişlər edir. 

Məsələn, milçəyin gözlərini öyrənmək müasir optik sensorların inkişafına səbəb oldu. Cırcıramanın fiziki quruluşu külək turbinlərinin effektivliyinin artırılmasına imkan verdi. Hamamböcəyinin mexanikası robotların  çevikliyini inkişaf etdirməsinə yol açdı. Bal arısının alqoritmi İnterneti optimallaşdırmağa kömək etdi və kiçik ot cücüləri alimlərə dişli ötürücü çarxların gücünün və fırlanmasının artırılmasında  yardımçı oldu. 

Biologiya bizim mühəndisliyimizdən xeyli irəlidədir 

Çarxlar? Böcəkdə? Düşünürdük ki, dişli çarxları insanlar kəşf edib. Mükəmməl şəkildə bir-birinə bağlı olan bu dişlər, əsrlər boyu müxtəlif maşınları işlətməklə məşğuldurlar. Bəli, belə çıxır ki, biologiya, bizim mühəndisliyimizdən xeyli irəlidədir.  

Ot cücüsü tullanarkən raket kimi işə düşür və öz bədən uzunluğundan yüz qat uzağa sıçraya bilir. Bu, uzunluğa tullanan bir olimpiya idmançının bir yox, iki futbol sahəsi qədər uzağa tullana bilməsinə bərabərdir. Cambridge Universitetinin alimləri  xüsusi kameralardan istifadə edərək kəşf etdilər ki, ot cücüsü öz ayaqlarının hərəkətini bu inanılmaz dərəcədə həssas olan dişli çarxlar vasitəsilə tənzimləyir. Uzun sıçrayışları dəqiq olaraq yerinə yetirmək, ayaqların mükəmməl dərəcədə sinxronizə hərəkət etməsini tələb edir. 

Ot cücüsünün ayaqlarındakı çarxlar

Əgər bir ayaq digərindən millisaniyənin kiçik bir hissəsi qədər gec davranarsa, böcək öz gücünü ititrər və tarazılığı pozularaq  yıxılar. Bir ayaq hərəkətə başladığı zaman, bir-birinə bağlı olan çarxlar  digər ayağı da hərəkət etdirir. Nəticədə  dişciklər saniyədə 50 min addım sürətlə fırlanır və böcək maksimum güc və koordinasiya ilə hərəkət edə bilir.. 

Elm canlı orqanizmlərin strukturu haqqında öyrəndikcə, biz, dəqiq və məqsədyönlü mexanizmlərin mükəmməl və möcüzəvi şəkildə dizayn olunmuş nümunələri ilə tanış oluruq. Bəs canlı maşınların  heyrətamiz məqsədyönlülüyü nə ilə əlaqədardır? Yüz əlli ildən çoxdur ki, təkamülçü bioloqlar əslind  əllərində bir izah olduğunu düşünürdülər.

“Darwin`in Təkamül Nəzəriyyəsi…”

 Darvinin təkamül nəzəriyyəsi. Darvin, bütün canlıların yalnız bir növ içərisində meydana gələn variasiyalar hesabına inkişaf etdiyini irəli sürürdü. Sonra təbii seçim hansının sağ qalacağını təyin etdi. 

Məsələn, gəlin ayıların təkamülünə baxaq. Elm adamları Arktikada yaşayan qütb ayısının qonşu bölgələrdə yaşayan qonur  ayılardan əmələ gəldiyinə inanırlar. Mümkün ola biləcək ssenari belədir. Min illər bundan öncə, bir ayı balası mutasiyaya uğramış bir DNT ilə doğuldu. Dəyişiklik bu şanslı ayıya yüksək yağlı qidaları qəbul etmək bacarığı verdi, məsələn suitilərini. Beləliklə mutant ayının nəsilləri yemək üçün suiti ovlamağa başladı.

İllər sonra bu nəsildən, başqa rəngi dəyişmiş bir mutant ayı doğuldu. Qəhvəyi rəngli xəzdən ağ rəngə keçid qarlı mühitdə ovlanmaq üçün üstünlük yaratdı və nəticədə bunun ardınca daha faydalı mutasiyalar baş verdi. Beləliklə qonur ayıların əcdadlarındakı variasiya təbii seçmə vasitəsi ilə sərt qarlı şəraitlərdə yaşaya biləcək mükəmməl bir qütb ayısının kiçik addımlarla əmələ gəlməsinə səbəb oldu. 

Darvin`in bilmədiyi bir məqam

Biz, növlərdəki ecazkar təkamül dəyişikliklərini görə bilirik, ancaq hal-hazırda müasir elm, Darvinin bilmədiyi bir şeyi bilir: Növlərdə gözümüzlə gördüyümüz bu müxtəlifliyin əslində genlərdə müşahidə etdiyimiz molekulyar dəyişikliklər və DNT tərəfindən idarə oldunduğunu.

İndi isə mühüm bir neçə sual. DNT-dəki bu faydalı mutasiyalar tam olaraq nədir? Genlər  dəqiq şəkildə necə dəyişir? Qonur ayılar qütb ayılarına çevrilə bilirsə, bu, gələcəkdə yeni növlər istehsal edən genetik dəyişikliklərin görülə biləcəyi mənasınamı gəlir? İnsanlar super güclərə sahib x-adamlara mutasiya edəcəklərmi? Biz Bu qutunu  mutasiyanın təsirləri barədə danışacağımız növbəti seriyada açacağıq.