Hüceyrənin Sirləri – Prof. Michael Behe ilə [5 hissəli video serial]

Michael Behe kimdir?

Pensilvaniyanın Lehigh Universitetində biokimya professoru olan Michael Behe 1952-ci ildə anadan olmuşdur. O 1996-cı ildə qələmə aldığı “Darvinin Qara Qutusu” adlı kitabı ilə təkamül nəzəriyyəsinə qarşı intellektual dizayn fikrini müdafiə edərək bütün dünyaya səs salmağı bacarmışdı. Behenin yazdığı bu kitab National Review jurnalı tərəfindən hazırlanan 20-ci əsrin 100 ən yaxşı elmi ədəbiyyatı siyahısına salınmışdır. Michael Behe həmçinin ağıllı dizayn, neodarvinizm, təkamül, mutasiya, təbii seçim və s. kimi mövzularda bir neçə kitab, onlarla məqalə və videonun da müəllifidir.

Michael Behenin müəllifi olduğu “Hüceyrənin sirləri” adlı beşhissəli sənədli serial “Organic Elm” platforması tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Serialda təkamül, mutasiya, təbii seçim, neodarvinizm, Lenski təcrübəsi və başqa mövzulara müasir elmin hüceyrə səviyyəsində gəlmiş olduğu ən son kəşflər işığında baxılır, hüceyrədəki dəyişikliklərin təsadüfənmi, yoxsa ağıllı dizayn nəticəsində ortaya çıxdığı sualına cavab verilir.

Tanıtım videosu

Zərif təbiət təsadüfənmi təkamül etdi? Yoxsa məqsədli şəkildə dizayn edildi? Cavab hüceyrənin içində gizlidir. Michael Behe həyatın təməl daşlarına enir.. Genetik kodlaşdırmanın sirli dünyası.. İnanılmaz inteqrasiya olunmuş sistemlər və heyranedici maşınlar.. Bu, tipik biologiya dərsi deyil.. Təbiətdəki mürəkkəblik 5 hissəli serialda.. DNT, genlər, mutasiya, müasir elm.. Hüceyrələrdəki dəyişikliklərin növləri necə dəyişdirməsi. Hüceyrənin sirlərinə Michahel Behe ilə tanış oluruq.

Bölüm 1: Kimsə Cavabı Bilməlidir!

Dünyadakı hər bir canlı hüceyrələrdən ibarətdir. Mikroblar tək hüceyrəli orqanizmlərdir. İnkişaf etmiş həyat formalarında trilyonlarla hüceyrə mövcuddur. Hüceyrənin daxilində sıx olaraq daim  bir-biri ilə əlaqəli molekulyar mexanizmlərin səs-küylü əməliyyatları baş verir. Proseslər o qədər mürəkkəbdir ki,  yüksək texnologiyalı  hər hansı müasir  bir zavodu utandıracaq səviyyədədir. Bu mürəkkəb maşınlar hüceyrə daxilində enerjini emal etmək, genetik təlimatları yerinə yetirmək və çoxalmaq kimi mükəmməl bacarıqları  inanılmaz effektivliklə yerinə yetirir.

Postdoktorantura tədqiqatları aparan zaman Milli Səhiyyə İnstitutunda laboratoriyada bir həmkarımla həyatın mənşəyini müzakirə edirdik. Onunla hüceyrə haqqında müzakirələr etdiyimiz zaman bir məsələ bizi çox maraqlandırırdı. Necə ola bilər ki, mürəkkəb membranlar, proteinlər, metabolizm, genetik kodlar məqsədsiz dəyişikliklərin bir araya gəlməsi hesabına formalaşıb?

Sonrakı on il ərzində bu sualın dəqiq cavabını verə bilən heç bir elmi işlə rastlaşmadım. Hüceyrə necə bu qədər mürəkkəb ola bilərdi? Oxuduğum hər elmi iş bu bioloji möcüzənin nəticədə Darvinin təkamül nəzəriyyəsi ilə həll ediləcəyini güman edirdi. Sonra bir genetik olan Michael Dentonun yazdığı  Təkamül nəzəriyyəsinin Böhranı adlı bir kitabla rastlaşdım. 

Kitab Darvinin nəzəriyyəsi ilə bağlı dərin problemlərə müraciət edir, həyatın mənşəyi ilə bağlı çətin suallar verirdi. Görünürdü ki, elmdə bütün bu suallara veriləcək bir cavab yoxdur. Həm də demək olar ki hər kəsin bu nəzəriyyənin doğru olduğunu fərz etməyinə baxmayaraq. Kitaba heyran olmuşdum. Biologiyaya başqa gözlə baxmağa və suallar verməyə başladım.

Serialın məqsədi də budur, suallar vermək. Həyatın bioloji olaraq nə vaxt və ya nə üçün deyil, necə əmələ gəldiyi barədə suallar.