“Pis” nədir? Yaxşı insan kimə deyilir? İnsan, nələri etdiyində “yaxşı insan” olaraq qiymətləndirilə bilər?
Daha anlaşılan olması üçün mövzuya bir misal ilə başlamaq istəyirəm. Bu misalın sonunda sizə aşağıdakı sualı verəcəyəm.
Thomas Robert Maltus, yaxşı biridirmi?
İlk öncə Tomas Robert Maltusu biraz tanıyaq.
Fikrinin təməli budur:
Uyğun şərtlərdə hər hansı bir məhdudlaşdırıcı amil (epidemiya və s.) yoxdursa əhali geometrik sıra formasında artar (2, 4, 8, 16, 32, 64, …), halbuki qida maddələri arifmetik sıra formasında artar (1, 2, 3 , 4, 5, 6, …). Malthus gec evlənmək, az sayda uşaq sahibi olmaq və s. hərəkətlərin təşviq edilməsinin lazımlı olduğunu düşünürdü. Yenə Malthusa görə ictimai səfalətin ən böyük səbəbi alt siniflərdi və buna görə bu cür bir əhali planlaması üst siniflərdən çox alt siniflərə tətbiq edilməli idi. Kasıb xalq təbəqələrinə edilən yardım proqramlarına qarşı çıxmışdır. Hər cür ictimai müdaxiləyə və köməyə müxalif olmuşdur. ”
Malthusun əhali nəzəriyyəsi qısaca bunu proqnozlaşdırır:
Gələcəkdə ortaya çıxa biləcək aclıq və səfalətin qarşısını almaq üçün xüsusilə də kasıb xalq təbəqələrə əhali planlaması tətbiq olunmalı, kasıblara yardım edilməməlidir.
Belə olan halda biz Malthusu “nəyə” görə qiymətləndirəcəyik?
Gələcəkdə aclıq və səfalətin qarşısını almaq, gələcək nəsilləri qurtarmağa çalışan bir qəhrəman kimi?!
Yoxsa kasıb insanlara yardım edilməsinə qarşı çıxan bir zalım kimi ?!
Hansı baxış açısı ilə baxacağıq?
Kasıb insanların gözü ilə baxsaq Malthus yaxşı biridirmi? Zənginlərin (zənginliyini gələcəkdə də zəmanət altına almaq istəyənlər) gözü ilə baxsaq Malthus yaxşı biridirmi? Malthus kimə görə yaxşı, kimə görə pisdir?
Nəzəriyyəsini riyazi teoremlərə dayandıran bir tədqiqatçı var qarşımızda…
Sualların cavablarına keçmədən əvvəl sizlərlə son bir məlumat paylaşmalıyam. “Malthusçuların 20-ci əsr üçün nəzərdə tutduqları səfalət və böhran (həddindən artıq əhali artımı qarşısında qeyri-kafi qida istehsalı) yaşanmamışdır. ”
Demək ki, O dövrdə Malthusun fikirlərinə inanıb, kasıb insanlara yardım etməyən kəslər yox yerə o insanlara “zülm” etdilər. Əfsuslar olsun ki, bu gün hələ də Malthusun fikirlərinə inanan insanlar var. Hətta onlar bir az daha böyük düşünürlər. Dünyanın gələcəyində aclıq və səfalət qorxusu yaşanacağı narahatlığı ilə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrin yox edilməsinin lazım olduğuna inanırlar. Buna görə də insanların genləri ilə oynayaraq, qısırlaşdırıcı qidalar (GDO lu qidalar ilə) istehsal edərək, aclıq və səfalət çəkən ölkələrə diqqət etməyərək, insanlığın gələcəyini xilas etdiklərini düşünürlər.
Bunu çox yaxşı anlamamız lazımdır ki, bir çox insan “pisliyi”, etdiyinin “yaxşı” olduğuna, doğru olduğuna inandığı üçün edir.
Niyə bunu etdin deyə soruşsanız, hər kəs özünə görə elə bir açıqlama verir ki, haqlı olduğuna belə inanmağınız gəlir.
İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır.
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.
Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!
Bəqərə 2/204-207
Öz ağlına görə gözəl iş etdiyini hesab edən və Maltusdan daha çox tanınan bir nümunə daha var.
Hitler:
Və onun inandığı “Üstün irq” fikri..
Dünyanın gələcəyi üçün, milləti üçün “yaxşı olanı” etdiyinə inanırdı. Əlilləri, aşağı irq olaraq gördüklərini öldürərkən gələcək adına yaxşı bir iş etdiyini zənn edirdi.
Buna inanan əlbəttə yalnız özü deyildi. O dövrdə bir çox elm adamı bu məqsəd uğrunda “insanların üzərində” təcrübələr apardı. Necə oldu ki, bir çox “ağılı başında” insan (ki, bu kəslərin ən yaxınlarına görə yaxşı ailə atası, yaxşı qonşu, “yaxşı insan” olaraq tanındığını da unutmayaq) Hitlerin əmrlərini yerinə yetirdi?
Çünki doğru olanı etdiklərinə inanırdılar. Malthus, aclıq və səfalət qorxusu ilə hərəkət edirdi. Hitler isə başqa qorxular ilə hərəkət edirdi.
Yazının ən başında verdiyim nümunələr üzərindən davam etsək, Allaha iman edən bir insan, Malthus kimi “aclıq və səfalət qorxusu” ilə hərəkət edib insanlara zulm etməz.
Çünki bu ayəni bilir:
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməl-lərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız. (Ənam 6/151)
Ənam 6/151
Hitler kimi üstün irq meydana gətirmək kimi bir məqsəd ilə də hərəkət edə bilməz.
Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
Hucurat 49/13
Cavab yaz