19-cu əsrin sonlarından başlayaraq Avstraliya cəmiyyətində yerli sakinlərin (aborigenlərin) qısa bir zamanda yox olacaqları fikri şəkk-şübhə doğurmayan həqiqət, bir aksiom olaraq qəbul edilirdi 1. Bunun səbəbi isə təkamül nəzəriyyəsinə olan inanc idi. Məməli heyvanların yaşadıqları dövrdə dinozavrların sağ qala bilməyəcəyi elmi həqiqət olduğu kimi, daha üstün Anqlo-Saksonların Avstraliyaya yerləşdirdiklərindən sonra aborigenlərin də qısa zamanda məhv olacağı həqiqət olaraq qəbul edilməli idi. Tasmaniya Kral Cəmiyyətinin (Tasmania Royal Society) vitse prezidenti James Barnard 1890-cu idə “Elmin İnkişafı Cəmiyyətinin” görüşünü bu sözlərlə açıqlamışdır: “Survival of the fittest (ən güclünün sağ qalması) və Təkamül nəzəriyyəsinə uyğun olaraq aşağı irqlərin daha üstün insan növünə yer vermələri aksioma çevrilmişdir. Bu nəzəriyyə eyni zamanda yerli aborigen sakinlərinin sayının mütəmadi şəkildə azalmasına adekvat bir səbəbdir” 2.
Təkamülə dayanan həyat:
Ümumiyyətlə, o zamanlar (əslində indi də belədir) təkamül sözü proqres, inkişaf sözünə sinonim olaraq qəbul olunduğuna görə aborigenlərin yox olmasına müdaxilə etmək proqresin qarşısını almaq olardı 3. Əksinə, hər bir halda yox olmağa məhkum olan insanları fiziki olaraq da yox etməkdə problem olmamalıdır. Bu düşüncələrə dayanaraq ingilis aristokratlar, torpaq əldə etmək istəyən kolonistlər geniş şəkildə aborigenlərin soyqırımı ilə məşğul idilər. Təkamülçü H. K. Rusden: “Survival of the fittest o deməkdir ki, haqq gücün tərəfindədir. Beləliklə, biz aşağı irq olan aborigenləri və Maoriləri amansızcasına məhv etdiyimizdə qaçınılmaz təbii seleksiya qanununu tətbiq etmiş oluruq və biz soyuqqanlı şəkildə onların var-dövlətini mənimsəyirik”. Heç kimsə aborigenlərin həqiqi sayı ilə maraqlanmırdı, onların siyahıya alınması ilə məşğul olmurdu. Buna görə də bu günə qədər ingilis mədəniyyətinin nə qədər yerli aborigen öldürdüyü dəqiq şəkildə bilinmir.
Təbii ki, bütün aborigenlər fiziki qətlə görə ölmürdülər, digər səbəblərə görə də ölənlər var idi. Bunlar arasında ən geniş yayılan səbəblərdən biri gəlmələrin gətirdikləri xəstəliklər idi. Avropalılar bu xəstəliklərin çinlilər və malaylardan keçdiyini iddia edirdilər 4. Yeri gəlmişkən onu da qeyd edək ki, “Aryan” irqinin mövcudluğunu ilk qeyd edən də Hitler olmayıb. 1870-ci ildə Max Muller London üçün qələmə aldığı “Anthropological Review” yazısında insanları 7 kateqoriyaya bölür. Bunların ən üstünü “Aryan” tipi ən aşağısı isə avstarliyalı aborigenləri olduğunu qeyd edir. Aborigenlərin Neondertal insana oxşadığını ilk qeyd edən isə Darwin`in yaxın dostu T. H. Huxley idi 5.
Aborigenləri Qorumaq Aktı
Mədəni Avropalılar bununla yetinməyib, 1869–1970-ci illər arasında Avstraliyada rəsmi olaraq Aborigenləri Qorumaq Aktı (Aborigen Protection Act) qüvvədə olub. Bu qanuna əsasən istənilən ağ dərili insan aborigen uşağını ailəsindən zorla ayırıb ağ dərili ailələrə və ya xüsusi dövlət qurumlarına verə bilərdi. Burada uşaqlara fermalarda işləmək üçün kifayət edəcək qədər təhsil verilirdi. Onlara qohumları ilə əlaqə saxlamaq, hətta öz ana dilində danışmaq qadağan idi. Bütün bunlar yerli əhalini “mədəniləşdirmək” adı ilə edilirdi. Təbii ki, belə qanunların işlədiyi yerdə cinsi zorakılığın da mövcüdluğu qəribə hal deyildir. Bütün bunlar “aborigenlər mütləq məhv olacaq” inancı fonunda “xilas etmə” kimi dəyərləndirildi. Bu illər ərzində oğurlanan uşaqların sayı dəqiq bilinmir. Avstraliya federal səviyyədə bu cinayətə görə sadəcə 2008-ci ildə rəsmi şəkildə üzürxahlığını bildirmişdir 6.
Darvinizm ideoloji əsas kimi:
Nasistlərin cinayətlərinin ideoloji əsası hesab olunan eugenics də darvinizmdən törəmişdir. Terminin yaradıcı Francis Galton isə Darwin`in qan qohumudur. Bu inanclara əsaslanaraq nasistlər xəstə və ya müəyyən irqlərə aid olan insanları dölsüzləndirirdilər. Lakin burada da nasistlər bir ilkə imza atmamışdılar. Dünyada ilk “dölsüzləndirmək” qanunu 1907-ci ildə ABŞ-ın İndiana ştatında rəsmi şəkildə qüvvəyə minmişdir 7.
1937-ci ilə qədər isə digər 32 ştat eyni qanunu qəbul etmiş və sadəcə 1970-ci ildən başlayaraq bu qanunlar qüvvədən düşməyə başlamışdır 8. Ümumiyyətlə, sadəcə ABŞ-da rəsmi olaraq 60 min insan “cəmiyyətə təhlükəli nəsil törətməmək üçün” dölsüzləndirilmişdir 9.
İkinci dünya müharibəsi və təkamül
Darvinizmin gətirdiyi bəlalardan çox danışmaq olar. Lakin bir son nöqtəni də qeyd edək ki, ikinci dünya müharibəsinin əsas səbəblərindən biri darvinist inanclar olubsa, eyniylə birinci dünya müharibəsinin bir çox səbəbləri arasında Avropa ölkələrinin darvinizmdən təsirləndiyini deyə bilrərik. Bir çox tarixçi buna işarə etmişdir 10.
Sonda da Darwinin öz sözləri ilə bitirək: “Əsrlərnən ölçüləcək qədər uzun olmayan gələcəkdə mədəni insan irqləri vəhşi irqləri demək olar ki, tamamilə məhv edib onların yerinə keçəcəklər. Şübhəsiz ki, eyni zamanda professor Schaaffhausenin dediyi kimi antropomorf meymunlar tamamilə yox olacaq. O zaman avropoiddən daha üstün olacağına ümid etdiyimiz insan növü ilə babun kimi ona ən yaxın meymun arasındakı fərq bügünki neqr və ya avstraliyalı ilə qorilla arasında olan fərqdən daha geniş olacaq 11.”
Dipnotlar
- H. Reynolds, Frontier: Aborigines, Settlers and Land (Sydney: Allen & Unwin, 1987). pp.121-2.
- J. Barnard. “Aborigines of Tasmania”, Australasian Association for the Advancement of Science 2 (1890). p. 597.
- Darwin, Descent of Man, 93-106, 180-4.
- South Australia, Legislative Council Select Committee on the Aborigines Bill, 1899. Minutes of Evidence, p. 99.
- T. H. Huxley. Mans Place in Nature (University of Michigan Press, 1959). pp. 178-80. )
- https://www.encyclopedia.com/social-sciences-and-law/anthropology-and-archaeology/people/aboriginal-australians
- STERN, Alexandra Minna. We cannot make a silk purse out of a sow’s ear: eugenics in the Hoosier Heartland, 1900-1960. Indiana History Magazine, v.103, n.1, p.3-38. 2007
- LARGENT, Mark A. Breeding contempt: the history of sterilization in the United States. New Brunswick: Rutgers University Press. 2008.
- LOMBARDO, Paul A. Three generations, no imbeciles: eugenics, the Supreme Court, and Buck v. Bell. Baltimore: Johns Hopkins University Press. 2008.
- James Joll and Gordon Martel, The Origins of the First World War; Richard Hofstadter, Social Darwinism in American thought
- Charles Darwin, The Descent of Man, p.105
Cavab yaz