Feminizmin İngiltərədə yaranmasında və dəstək qazanmasında qadınlara qarşı edilən ədalətsizliklər xüsusi rol oynayır. Bunu Caroline Norton`un drammatik həyat hekayəsində görmək mümkündür. 1808-ci ildə anadan olan Norton məşhur drammaturq Richard Sheridan`ın nəvəsi idi. Gözəl, həyat ilə dolu və təhsilli olan Norton ilk öncələr qadın haqqlarını müdafiyə etməyi düşünməmişdir, əksinə özünün dediyi kimi “vəhşi və gülünc bərabərlik doktrinasına inandığını iddia etməmişdir”.
Özünün də etiraf etdiyi kimi, evlənməsinin səbəblərindən biri “qoca qarı kimi yaşayıb ölməkdən” qorxması idi. Evləndikdən sonra o ərinin özünə heç bir şəkildə uyğun olmadığını anladı. Onların münasibətləri açıq zorakılıq həddinə çataraq tədricən pisləşdi və sona yetdi. Norton`un əri nəinki onun bütün mülkiyyətinə (miras olaraq aldığı və özünün qazandığı) əl qoydu, o həmçinin 3 uşağı ilə istənilən kontaktdan məhrum edildi.
Həyat yoldaşı ondan intiqam almaq üçün onu (böyük ehtimal ki, əsassız şəkildə) baş nazir Lord Melbourne ilə birlikdə olmaqla günahlandırdı və onu ictimaiyyətin diqqətin mərkəzinə saldı. Mühakimə ləğv olunsa da, Norton xəyanət edilmiş və alçaldılmış vəziyyətdə qaldı və eyni zamanda onun nüfuzu ciddi şəkildə zədələndi.
Viktorian Britaniyasında Qadın Haqları
Norton özünü müdafiyə etmək və ya uşaqlarını görə bilmək haqqını əldə etmək üçün qanuna müraciət edə bilmədi çünki o evli qadının heç biri qanuni varlığı olmadığının fərqinə varmışdı. “Qanunən bu qədər köməksiz və asılı olduğumu hiss etmək çətindir, baxmayaraq ki, mən özüm özümü normal bir işdə işləyən istənilən ağıllı kişi kimi keçindirə bilərəm” deyərək şikayət edirdi. Caroline Norton sırf üzləşdiyi bu ədalətsizliklərdən dolayı qadın haqqlarının müdafiyəsinə qoşulmuş və bu işdə ciddi pay sahibi olmuşdur.
Viktorian Britaniyasında qadın haqqları haqqında yazdığımız yazıya keçid üçün buraya tıklaya bilərsiniz.
Cavab yaz