“Cənnət əgər varsa, çox cansıxıcı yer kimi görsənir”

Axirəti və Cənnəti inkar etmək ateistlərdən daim eşitdiklərimizə daxildir. O əzəmətli utopiyanı inkar etmək və ya varlığını qəbul etmək tamamilə başqa bir mövzudur. Lakin bir də bu əzəməti kiçiltmək, dəyərsizləşdirmək cəhdləri də vardır. “Cənnət əgər varsa, çox cansıxıcı yer kimi görsənir” – şəklindəki ifadələr hər şeydən əvvəl publikanı əyləndirmək üçün nəzərdə tutulub. Bu sözün arxasında həqiqi bir arqument durmur. Amma çox təəssüf ki, bəzi dayaz dindarlar dinsizlərin bu dəyərsiz etirazı qarşısında dərin fikirlərə dalırlar. Həqiqətən də əbədi ömür, sonsuz təkrarlanan həyat cansıxıcı deyilmi?

Buna verə biləcəyimiz ən gözəl cavab bəlkə də xristian filosof Alvin Plantinga‘nın sözlərindədir:1

“Bernard Williams görünür ki, zövq və həssaslıq sahibi insanlar üçün cənnətin bir qədər can sıxıcı olduğuna inanır. Michael Levine isə güman edir ki, Allah ilə dostluq xeyli maraqlı ola bilər, lakin bunun “son dərəcə əhəmiyyətli” olacağına şəkk edir. Ola bilsin ki, bu reaksiyalardakı kamilləşməmiş/yetişməmiş ruhanilik/mənəviyyat, ilk dəfə cinsi əlaqənin ləzzətləri haqqında eşidən doqquz yaşlı uşağın reaksiyası kimidir: həqiqətən də rəngli şüşə toplar və ya şokolad qədər əyləncəli olacaqmı?!”;

Dipnotlar

  1. Alvin Plantinga, “Warranted Christian Belief”, səh: 317