Çox güman ki, bir çoxunuz bu etirazı eşitmisiniz:
“Sən yalnız müsəlman ölkəsində doğulduğundan dolayı müsəlmansan. Əgər xristiyanların torpaqlarında doğulsaydın xristiyan, Çində doğulsaydın isə buddist olardın”.
Burada bunu deyənlər “genetic fallacy” adlanan məntiqi xətaya düşürlər.
Genetic fallacy – bir arqumentin doğruluğunu onun mənşəyi ilə əlaqələndirmək xətasıdır.
Bu etiraza cavab vermək üçün qısa bir misal verək. Biz cavab olaraq belə deyə bilərik:
“Əgər sən eramızdan əvvəl doğulsaydın, o zaman böyük ehtimal ilə günəşin yer ətrafında dövr etdiyinə inanardın. Lakin 20-ci əsrdə doğulduğundan dolayı, yerin Günəş ətrafında dövr etdiyinə inanırsan. Beləliklə, sənin inancın sadəcə doğulduğun vaxtdan asılı olduğuna görə, inancın doğru deyildir”.
Misal ilə göstərmək istədiyimiz odur ki, inancın nədən və haradan qaynaqlandığının inancın doğru olub olmaması ilə əlaqəsi yoxdur. Yuxarıda qeyd etdiyimiz etirazı gətirənlər, bizim misalda olan məntiqi xətaya düşürlər. Həmçinin, bu etirazı gətirən adama biz deyə bilərik ki, onun (misal üçün ateist) olmasının səbəbi, 20-ci əsrdə sekulyar bir dövlətdə yaşamasıdır. Əgər misal üçün 16-cı əsrdə İspaniyada doğulsa idi, o zaman böyük ehtimalla katolik olardı. Beləliklə, onun öz arqumentini özünə qarşı istifadə etmiş oluruq.
Cavab yaz