“Genesis & Yaradılış & Təkamül: Həqiqətin Axtarışında” [Kitab Analizi – Giriş]

Təkamül nəzəriyyəsində zəif cəhətlər yoxdur.”1 – Bunu müasir dövrdə darvinist lobbinin de-fakto lideri  hesab edilən doktor Eugenie Scott 2009-cu ildə Texas Dövlət Təhsil Şurasında  tələbələrin neo-Darvinist təkamülün əleyhinə və lehinə olan elmi arqumentləri öyrənilməsi ilə bağlı təşkil olunan səsvermə zamanı bildirmişdi.  

Növlərin mənşəyi ilə bağlı müxtəlif debatları izləyənlər üçün Dr. Scott`un sözləri təəccüblü səslənmir. Görünən odur ki, biz demək olar hər yerdə təkamülçü alimlərin bioloji və kimyəvi təkamül üçün materialist izahların mütləq “həqiqət” olduğu sözləri ilə qarşılaşırıq. Təkamül mövzusunda dünyanın müxtəlif məktəblərində təhsil alanlara darvinizmə şübhə etməyin intellektual intihara bərabər olduğu barədə xəbərdarlıq edilir – “bunun əksini iddia etmək dünyanın düz olduğunu hesab etməyə bərabərdir” – deyilir. 2 Bu məcburiyyət bir çox insanın nəzəriyyənin akademik fəaliyyət üçün daha məqbul bir yanaşma olduğu qənaətinə gəlməsinə səbəb olur. Qəbul etməyənlər isə qorxu içində səssizliyə bürünürlər. 

“Təkamül tabusu”

Eyni tendensiya azərbaycanlı darvinistlərdə də müşahidə olunmaqdadır. Səhifəmizdə bu vaxtadək təkamül mexanizminə aid problemləri ələ aldığımız onlarla yazı və kitab analizləri paylaşmışıq. Ancaq bu yazılara gələn reaksiyalardan müşahidə etdiyimiz vəziyyət odur ki, əks düşüncəli oxucularımızın əksəriyyəti sözügedən nəzəriyəyə skeptik yanaşılmasından narahat olurlar, təkamül nəzəriyyəsini sorğulamaq istəmirlər, təkidlə Darvin nəzəriyyəsində heç bir zəif cəhətin, işləməyən mexanizmlərin olmadığını iddia edir, yazılarımızı rişxənd obyekti edib təkamül nəzəriyyəsini bir tabu olaraq qəbul edirlər. 

Bəs təkamül nəzəriyyəsinin “zəif cəhətlərinin” olmadığı doğrudurmu? Darvinizmə şübhə bəsləyənlər cəsarətli araşdırmaçılardır, yoxsa dünyanın düz olduğu hesab edilən qaranlıq əsrlərə qayıtmaq istəyən axmaqlar? 3 Yaxşı ki, bu sualların cavabını tapmaq çox asandır: tələb olunan şey çox sadədir, texniki elmlərlə bağlı ədəbiyyatları araşdıraraq kimyəvi və bioloji təkamülün legitim elmi əsaslarının olub-olmadığını öyrənmək. 

Dr. Paul D. Brown, Dr. Robert Stackpole, Casey Luskin MSc, Hugh Ross PHD, Greg Moore, Fazale Rana PHD, Fr. Michael Chabarek OP kimi elm adamlarının birlikdə hazırladıqları “More than Myth?: Seeking the Full Truth about Genesis, Creation, and Evolution” kitabından tərcümə etdiyimiz və seriya şəklində paylaşacağımız bu yazı silsiləsində sözügedən ədəbiyyatlardan bir neçəsini nəzərdən keçirəcəyik. Müəlliflər iddia edir ki, kitabda Darvin nəzəriyyəsi və digər kimyəvi təkamül nəzəriyyələrinin əsas müddəalarına qarşı çoxsaylı elmi problemlərin mövcud olduğunu göstərməyi bacarıblar və sübut ediblər ki, əslində darvinizmə şübhə edənlər heç də “bu barədə heç bir elmi müzakirə aparıla bilməz” deyən “akademik xuliqan”lardan qorxmamalıdırlar. 


Dipnotlar

  1. Eugenie Scott, quoted in Terrence Stutz, “State Board of Education debates evolution curriculum,” Dallas Morning News (January 22, 2009), also requoted in Ed Stoddard, “Evolution gets added boost in Texas schools,” Reuters.com at http://blogs.reuters.com/faithworld/2009/01/23/evolution-gets-added-boost-in-texas-schools/
  2. Karl W. Giberson, Saving Darwin: How to be a Christian and Believe in Evolution, p. 53 (HarperOne, 2008) (“biologists today consider the common ancestry of all life a fact on par with the sphericity of the earth”).
  3. In any case, it’s largely a myth that Western Civilization once believed in a flat earth. See Jeffrey Burton Russell, “The Myth of the Flat Earth,” at http://www.veritas-ucsb.org/library/russell/FlatEarth.html