Liberalların təməl insan haqları deyə vəsfləndirdikləri haqlardan biri də “ifadə azadlığı”dır. Daha əvvəlki yazılarımızın birində liberalların hər kəsin sahib olduğunu iddia etdikləri azadlıq haqının sərhədlərini özlərinin istəklərinə görə təyin etdiklərini və yaranan ziddiyyətləri vurğulamışdıq.1 Bu sərhədlərin təyini ifadə azadlığı mövzusunda da müşahidə olunur. Belə ki, iddia edilən ifadə azadlığı gərəkdiyində çox rahat bir şəkildə məhdudlaşdırılır. Məsələn, sekulyarizmin vətənlərindən olan Fransada siz ifadə azadlığı səbəbi ilə 1.6 milyard müsəlmanın müqəddəs hesab etdiyi bir şəxsi- dolayısilə bütün müsəlmanları təhqir edə bilsəniz də, homoseksualları tənqid edə bilməzsiniz. Əgər etsəniz, cinayət məsuliyyəti daşımız olacaqsınız və “hate speech” səbəbilə həbs edilə bilərsiniz.
Bu hal təkcə Fransada deyil, bir çox qərb ölkələrində belədir. Bu səbəblədir ki, xüsusilə də son illərdə akademik çevrələrdə belə homoseksuallıq mövzusunu tənqidi olaraq ələ alan insanlar bir çox hallarda işdən çıxarılır, ən yüngül ehtimalda isə fəaliyyətləri məhdudlaşdırılır. Bu da mövzunun araşdırılmasında bir çox əngəllər yaradır. Yəni anladığınız kimi məsələ homoseksuallıq olduqda çox rahatlıqla “ifadə azadlığı” ikinci plana keçirilir.
Diqqət etsəniz görərsiniz ki, sosial şəbəkələr belə bu tip liberal qaydalarla(!) idarə olunur. Məsələn bir insan din haqda çox rahatlıqla təhqirlərlə dolu post yaza, video paylaşa bilər, ancaq homoseksuallıq haqda bunun tənqidi versiyasını belə etmək ən yaxşı halda postun silinməsi ilə nəticələnir.
Bunun əvəzində isə az qala bütün qlobal markalar, filmlər, seriallar, hətta cizgi filmlərində belə lgbt propaqandasının aparıldığının şahidi oluruq və bu propaqanda getdikcə də artmaqdadır. Elə Azərbaycanda da bəzi gənclərin əksər insanların müqəddəs hesab etdiyi dəyərləri təhqir etməsinin bir haqq olduğunu iddia etməsi, əvəzində isə bir kimsə homoseksuallıq haqda tənqidi bir şey dedikdə dərhal homofobiyada ittiham etmələri müşahidə olunur.
Homoseksuallıq haqda heç bir ədəbiyyatı tanımayan, ən yaxşı halda bir neçə bloq yazısı oxuyan insanların propaqandasının son illərdə aktivləşdiyini nəzərə alaraq bu mövzuda silsilə yazılar paylaşmağı planlaşdırırıq. Paylaşacağımız yazıları oxusanız, LGBT fərdlərinin və onların haqqlarını şiddətlə müdafiə edən aktivistlərin üzləşdiyi elmi problemləri öyrənmiş olacaqsınız.
Cavab yaz