İnsan Həyatının Dəyərinə Ateizm Prizmasından Baxış

Sosial şəbəkələrdə tez-tez qarşımıza hər hansısa bir xəstəliyə mübtəla olan insanlara yardım etməklə bağlı postlar çıxır. Bu postların əksəriyyəti xüsusilə də gənclər və azyaşlı uşaqlarla bağlı olur. Bəzən həddindən artıq çox pul lazım olsa belə, valideyinlər övladlarının yaşaması üçün ümidini başqalarının edəcəyi yardımlara bağlayırlar. Son illərdə infantisid, intihara yardım, evtanaziya kimi mövzular qərbdə müzakirə edilsə də, bu tip hallar bizə insan həyatına verilən dəyəri simvolizə edir. Xəstəni ölümə tərk etmək və bir şeylər etmək arasında seçim edərkən ikincini seçmək bizlərin insan həyatına verdiyimiz dəyəri göstərir. 

Bəs, əslində insan həyatının dəyəri nədir?

Bu sual bioetikanın əsas suallarından biridir. Sözügedən suala verilən cavablar çox olsa da bu yazıda sizə ateist bioetiklərin verdiyi cavablar və irəli sürdüyü yanaşmalar haqda söz açmaq istəyirik. Yazıda ateist öncüllərin “insan sadəcə kamil heyvandır. İnsan və heyvan arasındakı fərq insanın dəyərində deyil, keçid mərhələsindədir. İnsanın xüsusi bir mahiyyəti yoxdur.”1 kimi fikirlərini deyil, daha çox mənəvi bioetik müzakirələr zamanı irəli sürdükləri fikirlərini diqqətinizə çatdırmaq istəyirik.

1973-cü ildə bioetika tarixçisi eyni zamanda “The Birth of Bioethics” (Bioetikanın Doğuşu) kitabının müəllifi Albert R. Jonsen’in vaxtilə “bioetika patriarxı”2 adlandırdığı utilitarian filosof və eyni zamanda “situasiya etikası” nın da əsas müdafiəçisi olan Joseph Fletcher 1975-ci ildə o dövrün nüfuzlu bioetik jurnalı olan Hastings Center Report’un ilk nəşrində yayımladığı “Indicators of Humanhood” (İnsanlığın göstəriciləri) adlı məqaləsində “insanlıq meyarlarının” qəbul edilməsi lazım olduğunu irəli sürdü.3

Məqalədə Fletcher insanların “həqiqi insanlar”“subinsanlar” olmaqla iki yerə bölünməsinin zəruri olduğunu iddia edirdi.4 Fletcher bu bölgünün aparılması və bu sayədə “insanlıq” deyilən şeyin mövcudluğunu mühakimə edə biləcəyi “meyarlar və göstəricilər” siyahısını da təklif etmişdi.5

Bu xüsusiyyətlərə minimal zəka, fiziki sağlamlıq kimi göstəricilər də daxildir. (“Fletcher’ə görə beyin qabığının sintez edici funksiyası olmadığı təqdirdə, insan insan deyildir. Bu şəxslər obyekt deyil, subyektdir”)6 İrəli sürdüyü bu xüsusiyyətlər sayəsində fiziki qüsurlu insanları insan hesab etməyən Flethcer 1975-ci ildə yazdığı “Being Happy, Being Human” (Xoşbəxt olmaq, insan olmaq) adlı essesində onların öldürülməsinin gərəkdiyini bildirirdi. 

Fletcher’in məsələlərə yanaşması nə qədər eyforik olsa da, insan genomunun dəyərindən uzaqlaşdırmaq məqsədi güdür. Bu cür açıq-aşkar insanlıqdan kənarlaşdırmanın bir məqsədi sadəcə olaraq “klinik” bir məsələ kimi xarakterizə etdiyi bu “şəxsiyyət” varlıqlarını öldürmək üçün dəstək qazanmaq idi. Fletcher’in fikrincə Fiziki vəya əqli qüsurlu- fərqi yoxdur bu doğuşdan belədir ya sonradan qazanılıb- körpələrin/insanların öldürülməsi sadəcə “doğuşdan sonrakı abort” sayılmalıdır.7 Bu arada, “doğuşdan sonrakı abort” fikri onun ilk çağdaş sələfi olan məşhur ateist Peter Singer tərəfindən də şiddətlə dəstəklənir.8 Singer Princeton Universitetində sırf bu mövzunun intellektual təməli haqda seriya dərslər də keçmişdir.9

Fletcher’in bir başqa kitabı olan “The Ethics of Genetic Control” (Genetik Nəzarət Etikası) kitabında insanlara genetik bir nəzarət edilməsinin gərəkdiyini qeyd edilirdi, kimin dünyada yaşama haqqı olduğuna, kimin ölməsi gərəkdiyinə bu yolla nəzarət edilməsi gərəkdiyi irəli sürülürdü. 

Fletcher’in fəlsəfi fikirləri və müasir cəmiyyət

Həqiqətən, cəmiyyətin Fletcher’in fəlsəfi fikirlərini qəbul etdiyini düşünmək çox təəccüblüdür. Məsələn artıq daha əvvəl ələ aldığımız və sosial anarxiyaya səbəb olduğunu əsaslandırmağa çalışdığımız “intihara yardım” qanunu bir neçə ştatda qanunidir,10bir neçə ölkə həkimlərə xəstələrə, əlillərə öldürücü iynə vurmağa icazə verir. Belçika və Hollandiya evtanaziyanı orqan yığımı ilə birləşdirib. Hələ doğulmamış, ana bətnində doğulacağı vaxtı gözləyən körpənin həyat qabiliyyətli olmasına baxmayaraq dünyanın bir çox ölkələrində o cümlədən Azərbaycanda abortlara icazə verilir. Onu da diqqətinizə çatdıraq ki, müasir dünyamızda əslində heç də xəstəlik olmayan Down sindiromu belə abort edilməyə səbəb olur. İslandiyada artıq Down sindromlu körpə dünyaya gəlmir, Danimarka isə rəsmi bir ictimai siyasət hədəfi olaraq sıfır Down simdiromlu doğum nisbətinə sahibdir, ABŞ-da diaqnoz qoyulmuş Down döllərinin təxminən 90 faizi öldürülür. Fletcher, şübhəsiz ki, abortların bu dərəcədə yayılmasını görə bilsəydi, gülümsəyərdi. 

Son illər ortaya çıxan CRISPR olaraq bilinən gen tənzimləmə texnologiyası qısa müddətdə yalnız sağlamlıq məqsədi ilə deyil, həm də zəkanı artırmaq, temperamentə nəzarət etmək və görünüşü dəyişdirmək üçün potensial hədəflərimizlə nəslimizin açıq genetik mühəndisliyinə şərait yaratmağı qarşısına məqsəd qoymuşdur. Buna zamanında Hitler’in “ali irq” yaratma planının bir qədər müasir, intellektual forması da deyə bilərik. Belə ki, “Ali irq” planına əsasən təkcə 1933-cu ildə qəbul edilən “The Sterilisation Law” qanunu çərçivəsində 400 000-dən çox adam sterilizə edilmişdi.11 Bütün bu sadaladığımız ünsürlər Fletcher’in fəlsəfəsinə tamamilə uyğundur və cəmiyyətin mənəvi ruhundan nə qədər uzaqlaşdığını göstərir. 

Əslində həqiqi ateistik dünya görüşü insan genomuna məhz Fletcher’in, Singer’in və bu kimi ateist bioetiklərin yanaşması olan heyvan kimi, heç bir ali dəyəri olmayan bir varlıq kimi yanaşmağı tələb edir. İnsana həqiqi dəyəri isə sadəcə din verə bilər. Məhz din sayəsində insan həyatın bir məqsədi olduğuna, var olan hər şeyin bir dəyəri olduğuna inanır və məsələlərə necə yanaşmaq barədə bir dəyər, bir etalon qazanmış olur. Əks halda isə insanın həqiqətən də heyvandan fərqi olmur.. 

Dipnotlar

  1. “No Dividing line between Man and Brute” by John Watson, 1913, p, 158.
  2. “O Brave New World: Rationality in Reproduction,” by Albert R. Jonsen, David C. Thomasma, and Thomasine Kushner, eds., Birth to Death: Science and Bioethics, p. 50.
  3. Joseph Fletcher, Humanhood: Essays in Biomedical Ethics (Prometheus Books, Buffalo, N.Y., 1979), p. 85.
  4. IBID, p. 11.
  5. IBID, p. 12-16
  6. IBID, p. 16-17.
  7. Fischer, C., (2006) USMLE Medical Ethics: The 100 Cases You Are Most Likely to See on the Exam. Kaplan Publishing, New York.
  8. Peter Singer’in fikirləri haqda yazdığımız məqaləni oxumaq üçün keçid: Ateizmdən səmimi etiraflar
  9. A Professor Who Argues for Infanticide: https://www.washingtonpost.com/archive/opinions/1999/09/11/a-professor-who-argues-for-infanticide/cce7dc81-3775-4ef6-bfea-74cd795fc43f/
  10. Bu mövzuda yazdığımız məqaləni oxumaq üçün keçid: “İntihar edənə yardım qanunu”
  11. Robert Proctor, Racial Hygiene: Medicine Under the Nazis (Cambridge, Massachusetts: Harvard University Press, 1988): 108.