Mülki əhali “canlı qalxan” kimi istifadə edilirmi?

Fələstinli qruplaşmaların Qazza əhalisini “canlı qalxan” kimi istifadə etdikləri arqumentini, çox güman ki, eşitmisiz. Bundan sonrakı arqumentasiya isə odur ki, bu, İsrail ordusunun Qəzzanın mülki əhalisinin üstünə bomba yağdırmağını legitimləşdirir. Bütün məsuliyyət də həmin qruplaşmalarda olur.

Gəlin, indi beynalxalq təşkilat olan Amnesty İnternational’dan kimin “canlı qalxan”dan istifadə etdiyini eşidək. Amnesty İnternational İsrailin 2008-ci ilin dekabırında başlatdığı “Cast Lead” əməliyyatı haqda 120 səhifəlik “22 günlük ölüm və dağıtma” adlı report hazırlayıb. Bu reportda “canlı qalxan” istifadəsi haqda bu qurum belə nəticəyə gəlib:

“Xüsusilə, HƏMAS və ya digər döyüşçü qrupların hərbi obyektləri hücumlardan qorumaq üçün mülki əhalini yönləndirdiyinə dair heç bir sübut tapılmayıb. Əksinə, Amnesty International İsrail qüvvələrinin 2008-ci ildə Qəzzada keçirilən “Cast Lead” əməliyyatı zamanı bir neçə dəfə fələstinli mülki insanları “canlı qalxan” kimi xidmət etməyə məcbur etdiyini müəyyən edib”. (səh 76).

Digər yerdə isə reportda bu qeyd edilir:

“Cast Lead” əməliyyatı zamanı İsrail qüvvələri Qəzza zolağında fələstinlilərin evlərini dəfələrlə ələ keçirərək, ailələri alt mərtəbədəki otaqlarda qalmağa məcbur edib. Evin qalan hissəsini isə hərbi baza və ya snayper mövqeyi kimi istifadə edərək həm azyaşlı uşaqların, həm də böyüklərin həyatını təhlükəyə ataraq onları “canlı qalxan” kimi istifadə ediblər. Əsgərlər qoruyucu zireh və dəbilqə geyinib, özlərini qum torbalarının arxasında sipər edib atəş açarkən, evdəki fələstinli sakinlərinin belə bir müdafiəsi olmayıb…

Şahidlərin ifadələrinə görə, bir sıra hallarda İsrail qüvvələri silahsız mülki fələstinli kişiləri (əsasən böyükləri, iki halda isə uşaqları) “canlı qalxan” kimi xidmət etməyə, o cümlədən onları silahlı əsgərlərin qarşısında getməyə məcbur edib; bununla da təhlükəli binalara daxil olarkən ilk dəfə onları qabağa salaraq içəridə mina tələsi və ya silahlı olub olmadığını, şübhəli predmetlərin təhlükəli olub-olmadığını yoxlatdırıblar. Bunlar mütəmadi olaraq baş verən hallardır. “ (səh 48-49).

Mənbə: https://bit.ly/3SbnEeQ