Qaraqan İkinci addım isbat etmək istəyir ki, müsəlmanlarda Kəbəyə tərəf üz tutmaq sonradan ortaya çıxmış bir fikir olub. Yəni peyğəmbərin zamanındakı ilk müsəlmanlar guya başqa yerə, bunu iddiasına görə Petraya tərəf namaz qılırmışlar.
Misal üçün Mədinə məscidinin təmiri yalnız məscidi genişləndirmək olub, onun materiallarını dəyişmək olub. Lakin əgər qiblə dəyişsəydi bunun qeydə düşməməsi imkansızdır. Misal üçün biz bilirik ki, qiblə ilk əvvəldən peyğəmbərin evinə tərəf idi, ona görə də peyğəmbərin evi məscidə daxil edildikdə orada evin qarşısında küncü qibləyə tərəf duranlara qarşı divar tikiblər ki, qibləyə tərəf duranlarda peyğəmbərin qəbrinə tərəf durmaq təəssüratı yaranmasın. Yəni ilk tarixdən bəllidir ki, peyğəmbərin evi qiblə tərəfdə olub və bu gün də peyğəmbərin evi məscidin qiblə tərəfindədir.
Təkcə Mədinə məscidi haqqında burada yazdıqlarım isbat edir ki, iş, heç də belə olmayıb.
Həm də Quranda qiblənin Qüdsdən Məkkəyə tərəf dəyişməsi haqqında ayə vardır. Əgər Petraya tərəf qılsaydılar qiblənin dəyişməyə nə ehtiyacı var idi ki? Petra elə Qüds ilə Mədinə arasındadır da. Yəni bu saxtakarlığı bir neçə yöndən ifşa etmək olar.
David King Yale
Professor David King Yale, Oxford, Cambridge kimi universitetlərdə təhsil almışdır. Əsas ixtisas sahəsi ilkin İslam mədəniyyətindəki astronomik biliklər və bu biliklərin islami arxitekturadakı roludur. Professor David King bu barədə ayrıca elmi bir araşdırma etmişdir. Həmin elmi araşdırmanın girişində bizim mövzumuzla bağlı bir xülasə verir və deyir:
“Şübhəsiz ki, bəzi müəyyən istiqamətlənmələri yalnış anlama iki müasir alimi absurd nəticələrə gətirib çıxarıb. Onlar İraq və Misirdəki ilkin məscidlərin Şimali Ərəbistandakı bir nöqtəyə istiqamətlənmələri faktını bu məscidlərin yönləndikləri bir “Həcəri məbədinin” mövcudluğunu təsdiqləyən bir dəlil hesab ediblər. Həqiqətdə isə sözü gedən məscidlər sadəcə olaraq yayda günəşin batdığı və çıxdığı istiqamətlərə yönəlmişdilər; bunlar, bizim indi bildiyimiz kimi, o bölgələrdə qiblə üçün istifadə olunan istiqamətlər idi. Başqa sözlə desək hər iki bölgədəki məscidlər Kəbəyə tərəf üz tuturlar.”
David King
David King’in qəsd etdiyi iki alim Patricia Crone və Michael Cook adlı qərb alimləridir. Sensasiya ovunda olanlar kimi belə bir absurd nəticəyə gəliblər. Lakin heç bir araşdırmada Mədinə, Quba kimi məscidlərin isə həqiqətən Kəbəyə tərəf üz tutduğunu qeyd etmirlər. Çünki bu fakt onların bütün iddialarını alt-üst edir.
ət-Tabəraninin dedikləri
ət-Tabərani “əl-Mucəm əl-Əvsət” kitabında deyir:
“حَدَّثَنَا أَحْمَدُ بْنُ يَحْيَى الْحُلْوَانِيُّ قَالَ: نا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ عَرْعَرَةَ قَالَ: نا عَبْدُ الْمَلِكِ بْنُ عَبْدِ الرَّحْمَنِ الذِّمَارِيُّ، عَنِ النُّعْمَانِ بْنِ بُزْرَجَ قَالَ: حَدَّثَنِي ابْنُ رُمَّانَةَ قَالَ: قَالَ وَبَرُ بْنُ يُحنس الْخُزَاعِيُّ: قَالَ لِي رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا بَنَيْتَ مَسْجِدَ صَنْعَاءَ، فَاجْعَلْهُ عَنْ يَمِينِ جَبَلٍ، يُقَالُ لَهُ: ضِينَ»
“Əhməd bin Yəhyə əl-Hulvani bizə rəvayət etdi; dedi: İbrahim bin Muhəmməd bin Ar’ara bizə rəvayət etdi; dedi: Abdulməlik bin Abdirrahmən əz-Ziməri bizə ən-Numən bin Buzrac’dən rəvayət etdi; dedi: İbn Rummənə mənə rəvayət etdi; dedi: “Vabər bin Yuhənnəs əl-Xuzəi dedi: “Allahın elçisi – salləllahu aleyhi va səlləm – mənə dedi: “San’a məscidini tikdikdə onu “Din” adlanan məscidin sağından elə.”
Yəni Sana məscidini Din dağının sağına tərəf istiqamətləndirməyi əmr edir.
Başqa bir rəvayət
Abdurrazzəq “əl-Musannəf” kitabında rəvayət edir:
“أن رسول الله صلى الله عليه وسلم أمر وبر بن يحنس الأنصاري حين أرسله إلى صنعاء والياً عليها فقال: ادعهم إلى الإيمان، فإن أطاعوا لك به، فاشرع الصلاة، فإذا أطاعوا لك بها فمر ببناء المسجد لهم في بستان باذان، من الصخرة التي في أصل غمدان، واستقبل بها الجبل الذي يقال له: ضِيْن”
“Allahın elçisi – salləllahu aleyhi va səlləm – Vabər bin Yuhənnəs əl-Ənsari’ni Sana şəhəri üzərinə vali olaraq göndərərkən dedi: “Onları imana dəvət et və əgər onda sənə itaət etsələr onlarla namaza başla. Əgər bunda da sənə tabe olsalar o zaman onlara Bəzən bostanında, Ğamdanda yerləşən qayadan bir məscid tikilməsini əmr et! Məscid ilə Din adlanan dağa tərəf üz tut.”
Yəni məscidin qibləsini Din adlanan dağa tərəf tut.
Bu iki rəvayət bizə Sana’dakı ən qədim məscidin tikilişi haqqında xəbər verir. Abdullah Səlim Nəcib “Tərixul-Məsəcid əş-Şəhira” (Məşhur məscidlərin tarixi) kitabında deyir:
“مسجد صنعاء الجامع هو من أقدم المساجد في الإسلام فقد بني في حياة النبي صلى الله عليه وسلم وبأمره”
“Cami olan Sana məscidi İslamda tikilmiş ən qədim məscidlərdəndir və peyğəmbərin – salləllahu aleyhi va səlləm – həyatında və onun əmri ilə tikilmişdir.”
Beləliklə də biz buradan öyrənirik ki, peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – Sana məscidinin tikilməsini əmr edərkən onlara qiblənin təyini üçün asan bir işarə vermişdir. Yəni Məkkəni tapmaq üçün Din dağına tərəf durmaq yetərlidir.
İşin maraqlı tərəfi budur ki, müasir zamanımızda peyklərin vasitəsilə Yer üzünün səthi kompyuterlərə köçürüldükdə bunu yoxlamaq bizim üçün asandır. Sizə təqdim edəcəyimiz videoda peyğəmbərin – salləllahu aleyhi va səlləm – möcüzələrindən birini göstərən kiçik bir araşdırmanı təqdim edirəm. Video’da Google Earth proqramından istifadə edərək Sanadakı məsciddən Din dağına düz xətt çəkilir və sonra həmin düz xətti davam etdirirlər. Sizcə düz xətt Kəbəyə qədər çatırmı?
Videoya özünüz baxın və bu barədə fikirlərinizi şərhdə yazın. Bir də Qaraqanın zavallı iddiası haqqında düşünün.
Cavab yaz