Nübuvvət Arqumenti: Günəş Tutulması

“Erkək varisinin ölməsi Muhammədi çox kədərləndirdi və o, ağlayaraq kiçik cəsədi öz əlləri ilə torpağa tapşırdı. Eyni gündə günəş tutulması baş verdi və insanlar bunun (İbrahimin ölümü səbəbi ilə baş verən) matəm əlaməti olduğunu dedilər, lakin Muhamməd bu mövhumatı inkar etmək üçün kifayət qədər açıq fikirli birisi idi. O, yalançı birinin deməyəcəyi sözləri dedi:

“Səmavi cisimlər insanların ölümü səbəbi ilə tutulmur”

Emile Dermenghem, 1930, The Life of Mahomet, George Routledge & Sons. Ltd. London, pp 285

Fransız yazıçısı Emile Dermenghem (1892-1971) demək istəyir ki, əgər Allah Rəsulu yalandan nübuvvət iddia edən birisi olsa idi oğlunun ölümü ilə eyni gündə baş verən günəş tutulmasını fürsət olaraq istifadə edərdi və bu hadisəni İbrahimin ölümü ilə əlaqələndirənlərə “bəli, günəş İbrahimin ölümünə görə tutulub, bu da mənim Allah qatında yüksək məqamıma dəlildir” deyərdi. O isə belə etmir.

Nəticə çıxarmağı sizə həvalə edirik..