“Yaradıcını kim yaradıb?” Dawkins`in “God delusion” kitabı

Məşhur bioloq və ateist Richard Dawkins “God Delusion” (Tanrı yanılqısı) adlı kitabının “mərkəzi arqumentasiyası” adlandırdığı arqumentasiya xətti belədir:

  1. İnsan intellekti üçün ən ağır problemlərdən biri Kainatda var olan mürəkkəb, ağlasığmaz dizaynın peydə olmasını izah etmək olub.
  2. Təbii istək bu dizaynın peydə olunmasını (məqsədyönlü) dizayn prosessinin nəticəsi kimi izah etməkdir.
  3. Bu istək yanlışdır, çünki Yaradıcı hipotezası dərhal özündən daha böyük problemi ərsəyə gətirir – bu Yaradıcını kim yaradıb?
  4. Ən doğru izah Darvinin takamül teoriyasıdır.
  5. Fizika üçün bunu kimi izahımız yoxdur.
  6. Darvinizmin biologiyada olduğu kimi, fizikada da bu cür güclü izahın tapılacağından ümid kəsməməliyik.
  7. Nəticə etibarilə, Yaradıcı demək olar ki, yəqinliklə mövcud deyil.

Dawkins`in irəli sürdüyü fərziyyələrdən nəticə əldə olunmadığını anlamaq üçün fəlfəsə doktoru olmağa ehtiyac yoxdur. Lakin bu yazımızda biz xüsusən Dawkins`in qeyd etdiyi üçüncü fərziyyəni ələ alacaq və onun nə qədər xətalı olduğunu izah etməyə çalışacağıq.

Hər şeyi Allah yaradıbsa, bəs Allahı kim yaradıb?

Dawkins`in burada qeyd etdiyi məsələni bir çoxumuz eşitmişik. “Hər şeyi Yaradıcı yaradıbsa, bəs Yaradıcını kim yaradıb”? Məşhur ingilis fəlsəfəçisi və ateisti Bertran Rassel Why I Am Not a Christian (Nəyə görə Xristian deyiləm) adlı əsərində bu sualı öz inancsızlığını isbat etmək üçün istifadə edir. Dawkins də daxil olmaqla, bir çox ateist ona tabe olaraq bu sual ilə əks tərəfi çaşqınlığa salmaq istəyir.

Category fallacy

İlk növbədə məntiq elmində “category fallacy” (kateqoriya səhvi) adlanılan məfhumu anlamalıyıq. Kateqoriya səhvi müəyyən əşyaya yanlış, ona aid olmayan bir xüsusiyyəti aid etməkdir. Misal üçün, əgər siz “bir metrdə neçə kilo var” sualını versəz bu kateqoriya səhvi adlanılır.

Beləliklə, “X əşyasını nə yaradıb”, başqa sözlə “onun səbəbi nədir”? sualı yalnız müəyyən bir səbəb nəticəsində əmələ gələn məfhumlar haqda soruşula bilər. Bertran Rassel deyir: “Hər bir şeyin onu əmələ gətirən səbəbi var”. Lakin bu doğru fərziyyə deyil. Doğru fərziyyə “başlanğıcı olan hər bir şeyin onu əmələ gətirən səbəbi var”dır.

Yaradıcı məfhumunun mənası

Monotesitik dinlərdə qəbul edilən “Yaradıcı” məfhumunun mənası nədir? Hər bir şeyin səbəbi olan, Özü isə heç bir səbəb nəticəsində yaranmayan əbədi varlıq. Beləliklə, əgər biz “Yaradıcını kim yaradıb” sualını bu məfhuma uyğun olaraq ifadə etsək alacağımız nəticə budur: “Heç bir səbəbi olmayan Varlığın səbəbi nədir”? Açıq aydın göründüyü kimi bu, kateqoriya səhvidir. Bu sual “subay olan birisi kiminlə evlənib” sualı kimi mənasız və özü özü ilə çelişkili sualdır.

Burada ateist etiraz edə bilər ki, Yaradıcın bu cür xüsusiyyətinə inanan sənsən, mən isə bu cür Yaradıcının olmasına inanmıram. Ona cavab olaraq deyəcəyik ki, bu bir şeyi dəyişmiş. Yaradıcının mövcüd olmadığını fərz etsək belə bu sual əslən səhvdir. Misal üçün, biz hamımız bilirik ki, təkbuynuz at mövcud deyil. Lakin bu atın mövcüd olmaması “bir təkbuynuzlu atda neçə santimetr var” sualını doğru sual etmir, sual mənasız olaraq qalır, çünki təkbuynuzlu at məsafəni ölçən ölçü vahidi deyil. Əgər mövcud olmayan əşyaların mövcüd olacaqları halda sahib olacaqları xüsusiyyətləri bəllidirsə, bu məhfumlar haqda kateqoriya səhvinə uğraya biləcək suallar vermək mümkündür. Beləliklə, əgər biz “səbəbi olmayan, özü hər şeyə səbəb olan bir Varlıq” haqda müzakirə aparırıqsa, bu Varlığın var olub olmamasından asılı olmayaraq, onun səbəbi haqda soruşmaq mənasız və çelişkilidir.

“Yaradılmış Yaradıcı Yalanı”

Dawkins və digər ateistlər burada deyə bilərlər ki, biz “səbəbi olmayan deyil, səbəbi olan Yaradıcı” haqda söhbət edirik. Cavab olaraq deyəcəyik ki, “səbəbi olan Yaradıcı” heç bir monoteistik dinin müzakirə obyekti deyil. Bu cür “Yaradıcını” müzakirə etməyin heç bir mənası yoxdur. Üstəlik Dawkins`ə kitabını “Yaradılmış Yaradıcı Yalanı” adlandırmağını tövsiyyə edərdik, lakin inanırıq ki, bu halda kitab bestsellerlər siyahına daxil olmaqdan çox uzaq olardı.

Yaradıcını kim yaradıb” sualına cavab olaraq keçmişdə səbəblər silsiləsinin mümkünsüzlüyü haqda yazdığımız məqaləni də oxuya bilərsiz. Kommentlərdə bu məqaləni tapa bilərsiz.

Ateistlərin burada etiraz edəcəkləri son məsələ var. Deyə bilərlər ki, nəyə görə Yaradıcının səbəbsiz mövcudluğuna inanırsız, Kainatın isə səbəbsiz var olduğuna inanmırsız? Bu sual tamamilə başqa mövzuya aiddir. Bu gün demək olar ki, bütün akademik dairələr Big Bang teoriyasını qəbul edir, və bu teoriyaya əsasən Kainatın bir yaranma səbəbi vardır. Lakin burada müzakirə etmək istədiyimiz bu deyil. Bu yazı ilə müzakirə əsnasında bu sualın nə qədər məntiqsiz olduğunu göstərmək istədik. Bu son etirazın cavabını da yerləşdirdiyimiz məqaləmizdən oxuya bilərsiz.

%d