“Cazibə qanunu varsa kainat özünü heç nədən yarada bilər”

Dünyanın gəlmiş keçmiş ən zəki, ən dahi alimlərindən biri də Stephen Hawking hesab olunur. Dünya onu əlil stuluna məhkum olmuş və komputer vasitəsilə danışan biri olaraq tanıyır.

Lakin onun misalında müsəlmanlara imanın və küfrün mübarizəsini göstərmək istəyirəm. Bu zat müasir fizikanı və təbiət elmlərini ən mükəmməl səviyyədə öyrənmiş bir insandır. Təsəvvür edin ki, bütün bu ağır və qəliz mövzuları öyrənmək üçün qeyri-adi zəkaya sahibdir. O, yaradılmış bu aləmin gözəlliyini, harmoniyasını, mükəmməlliyini hamımızdan yaxşı görür. Lakin bilmək lazımdır ki, iman və küfr sadəcə “yaradılışı görüb və onu bilməkdən” ibarət deyildir. İman əzəmət, böyüklük qarşısında boyun əyməyə razı olan bir qəlbin yoldaşı olduğu halda isə küfr nə qədər əlil, nə qədər aciz olsa da əzəmət, möhtəşəmlik və böyüklük qarşısında boyun əymək əvəzinə böyüklənməyə, baş qaldırmağa üstünlük verən qəlbin yoldaşıdır.

“Cazibə qanunu və Yaradılış”

Təsəvvür edin ki, Stephen Hawking daha əvvəlki kitablarında Allahın var olub olmaması sualını cavabsız buraxırdı. Lakin “The Grand Design” kitabında bu suala konkret bir cavab vermək qərarına gəlir və görün nə cavab verir:

“Because there is a law like gravity, the universe can and will create itself from nothing.”

“Cazibə kimi qanun mövcud olduğu üçün kainat özünü heçnədən yarada bilər və yaradacaq.”

İndi siz təsəvvür edin ki, belə böyük bir alimdən bu qədər absurd, bu qədər gülünc, bu qədər safsata olan bir cümlə çıxa bilər. Özünüz cümlənin üzərində düşünün. Bu alim deyir ki, “kainat özünü heç nədən yarada bilər”. Nə üçün? “Çünki cazibə kimi bir qanun vardır.” Əgər cazibə kimi bir qanun varsa deməli burada “heçnə” sözü mənasız olur. Əgər bir şey mövcud deyilsə, o zaman cazibə qanunu da yoxdur, kainat da yoxdur. Belə çıxır ki, kainat həm yaradıcı olur, həm də yaradılan. Bu söz əslində birinin belə deməyinə bənzəyir:

“Mənim anam özü özünü doğub.”

Bu qədər absurd bir fikir dünyanın ən zəki və ən daha bir beyindən çıxır. Nə üçün? Çünki bunun adı küfrdür. Bu əlil, fiziki qüsurlu fizika alimi yaradılışın əzəmətini, möhtəşəmliyini görsə də öz dəhasını, zəkasını daha üstün bilir və böyüklənir, boyun uzadır, bu möhtəşəmlik qarşısında həqiqi mənada boyun əymək istəmir.

Onun misalı müsəlmanlar üçün ibrət olsun. Hər dəfə fizika alimi, kimya alimi deyib dedikləri hər sözə aldanmayın. Sizə mən onların ən dahisinin timsalında ən safsata və absurd bir sözü təqdim etdim. İbrət olsun!

%d