Nə üçün dünya mövcuddur?

“Özlərinin və dünyanın mövcudluğunun səbəbi haqqında düşünməyənlər əqli cəhətdən qüsurludurlar.” (Şopenhauer)

Bu sual fəlsəfə-də qoyulmuş ən vacib suallardan biridir. Doğrudan da, dünya necə oldu ki, yarandı? Bu suala həm filosof-lar, həm də fiziklər tarix boyu cavab verməyə çalışıblar. Stephen Hawking bu barədə yazaraq müəyyən düsturlar çıxarıb, lakin sonda “bunlar prosesi izah edir, ancaq başlanğıc və ilkin səbəbi, yəni triggeri deyil” qənaətinə gəlib. Jim Holt “Nə üçün dünya mövcuddur?” adlı kitabında mümkün ideya və fikirləri təhlil edərək uzun-uzadı danışır. Biz isə sualı qısa təhlil etməyə çalışaq.

Demokrit-dən bu yana hər kəs mövcud olan cisimlərin zərrəciklər-dən ibarət olduğunu müdafiə edirdi. Bu fikir ta XX əsrə qədər yaşadı və ötən əsrin sonlarında və cari əsrin başlanğıcında estafeti sahə nəzəriyyəsinə (fieldtheory) verdi. Bu nəzəriyyəyə görə hər şey (cisimlər, maddələr, planetlər, canlılar və s.) sahələrdən təşkil olunublar. Əminəm ki, siz işığın dalğa və foton nəzəriyyələrindən xəbərdarsınız, elə deyilmi? Başqa sözlə, molekullar, atomlar, proton və neytronlar, habelə elektronlar və digər bütün zərrəciklər əslində dalğa və sahədirlər. Burada sahə dedikdə, elektrik, yaxud maqnit sahəsi kimi, müəyyən xüsusiyyətlərə sahib sahə nəzərdə tutulur. Sahə isə enerji deməkdir. Nəticə etibarilə, biz və bizi əhatə edən bütün maddələr əslində enerjinin müəyyən koordinatlarda toplanmasından başqa bir şey deyilik. Bu o deməkdir ki, nəyisə var etmək üçün gərəkli olan yeganə tikinti materialı enerji-dir.

Girişdə qeyd etdiyimiz fikir Artur Şopenhauerə (Shopenhauer) məxsusdur və orijinal mətn belədir: “Those who don’t wonder about the contingency of their existence, of the contingency of the world’s existence, are mentally deficient”. Deyimdə qızğın debatlar və mübahisə doğuran söz “contingency” (hər-hansı səbəbə bağlı olan və ya onun nəticəsi olaraq baş verən bir şey/hadisə) sözüdür. Onu hər kəs öz məntiqinə görə anlayır və qayəni öyrənmək üçün İngilis dilinin məşhur lüğətləri olan Meriam-Webster, yaxud Oxford Dictionary-ya müraciət edirlər. Lakin bu deyimi anlamaq üçün Şopenhauerin fəlsəfəsi, düşüncələri və fikirlərini nəzərə almaq çox vacibdir. Jim Holtun təbirincə desək, “Tanrının (Allah) bir şey yaratmaq üçün, ilkin tikinti materiallarına ehtiyacı yoxdur”. Xüsusən də son məhsul özü-özlüyündə bir enerjidən (sahədən) ibarətdirsə, yəni elektron yaratmaq üçün sahəni bir cür, proton yaratmaq üçün isə başqa cür oynatmaq kifayət edirsə, bu, daha aktual olur.

Quran bu haqda Rum surəsində belə deyir: “Allah yaradılışı ilkdən başladan və sonra onu yenidən təkrarlayandır” (Quran, 30:11). Cəlaleyn təfsiri bu ayəni izah edərək yazır: “Allah yaradılışı ilkin halında (sıfırdan) yaradıb, məhv olduqdan sonra yenidən eynisini yarada biləndir”. Həmçinin, “Bir şeyi yaratmaq istədikdə, ona sadəcə “Ol!” deyər, o da olar”(Quran, 36:82). Buradakı “Ol!” da öz növbəsində Tanrının iradəsi və istəyi üzrə meydana gələn yaradılış enerjisinin təzahürüdür.

%d