Cambridge Universiteti Molekulyar Biologiya Tibbi Araşdırmalar Məclisinin (Medical Research Counsil Laboratory of Molecular Biology) son araşdırmasına görə sərxoşedici içkilər həzm olunduğu zaman bədəndə acetaldehyde adlı kimyəvi maddə yaranır. Bu kimyəvi maddə bir başa insan DNA-sına zərər verərək genetik kodu birdəfəlik dəyişib xərçəng xəstəliyinin riskini olduqca artırır.
“The Lancet”-də dərc olunan “Alchohol use and burden for 195 countries and territories, 1990-2016” araşdırma “Global Burden of Disease” araşdırmasının nəticələrini analiz edərək sərxoşedici içkinin miqdarından asılı olmayaraq zərərli olacağı nəticəsinə varmışdır. Əsas araşdırmacı olan Dr. Max Griswold (University of Washington) xüsusilə vurğulayır: “Sərxoşedici içki qəbulu ilə xərçəng, travmalar və infeksion xəstəliklər arasındakı güclü bağlılıq içkinin qəlb xəstəliklərinə qarşı pozitiv effektindən daha çoxdur”.
“Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür” (Bəqərə, 219)
“Çoxu sərxoş edənin azı da haramdır” (Tirmizi).
İçki və qumar:
University of Lincoln`un yeni araşdırmasına görə qumar ilə zorakılıq arasında birbaşa bağlılıq vardır. Qumara daha çox asılılığı olan insanlar digərlərinə qarşı daha çox düşmənçilik göstərirlər. İmperial College of London`un apardığı araşdırmaya görə isə qumar asılılığı- beyinin içki və narkotik asılılığının təsir etdiyi eyni zonalarına təsir edir. Dolaysıyla hər iki vərdişin beyindəki mənsəbi eynidir.
“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza düşmənçilik və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?” (Maidə, 90-91)
Quranda sərxoşedici içki ilə bağlı gələn hər üç ayədə də paralel olaraq qumar vərdişinin qeyd olunması təfəkkür edən beyinləri düşündürməyə kifayədir.
İstinadlar:
https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(18)31310-2/fulltext#seccestitle220
http://www.lincoln.ac.uk/news/2016/09/1262.asp
https://www.imperial.ac.uk/news/176745/gambling-addiction-triggers-same-brain-areas/
Cavab yaz