“Soyunmaq istəmirsiz, buyurun həbsxanaya!”

Gəncədə gecə vaxtı hava hücümu zamanı ölməkdən deyil, ölüb yad insanların yanında münasib olmayan şəkildə olmalarından həya edən azərbaycanlı qadınlarımız əminəm ki, sizdə də bizim kimi qürur hissi yaratdı. Bunun paralelində isə, mədəniyyət beşiyi sayılan Fransa orada yaşayan müsəlman qadınların abırlarına göz dikmişdir.

Bir müddət öncə Fransa Daxili İşlər naziri Gerald Darman “radikal İslamla” mübarizə proqramı əsnasında “qadın həkim tərəfindən müalicə olunmağı rədd edənlərə beş ilə qədər həbs və 75000 avroya qədər cərimə” tədbiq edən qanunun qəbul edilə bilinəcəyindən söhbət açmışdır. Onun bu qanun üçün əsaslandırması isə “separatizm”in qarşısı almaqdır. Təbii ki, qəsd olunan əks cinsdən olan həkim tərəfindən müalicədir, bu isə ilk növbədə müsəlman qadınlara təsir edəcək.

Bu haqda daha öncələr yazmışdıq:1 tolerantlıq iddia edən liberallar istədiklərində tolerantsızlıqlarını “dinləri ələ salmaq azadlığı”, “hate-speech”, indi də “separatizmlə müharibə” adları altında kütləyə sırımağı bacarırlar.

Bu mənə eyni zamanda Markiz de Sad`ı da xatırlatdı. Daha əvvəlki yazılarımızın birində2 qeyd etmişdik ki, bu şəxs kitablarının birində “fransız xalqı, sonuncu addım və siz həqiqi respublikaçı olacaqsınız” demişdir. De Sad`a görə bu son addım razılıq olmasa belə, hər bir kəsin bütün digər insanların bədənlərinə “azad sahib olma” haqqının verilməsi idi. Bu qanun de Sad`ın təklifinin ilk mərhələsidir: Yad kişinin (qadının) yanında soyunmaq istəməyən qadın (kişi) cəzalandırılmalıdır.

Dipnotlar

  1. Liberalizm və Tolerantlıq: Transgenderin haqları
  2. Markiz de Sad`ın ideal respublikası – Liberal həyat