626-cı ilin əvvəllərində Muhammad otuz yaşlı Zeynəblə evlənmişdi. Ola bilər ki, Zeynəb özü fiziki qüsurlu olub. Hər bir halda o, evliliyindən cəmi səkkiz ay sonra vəfat edir. Bu ona işarə edir ki, Muhammədin çox evlilikləri “həyat yoldaşları toplamaq istəyi” ilə deyil, başqa səbəblərlə izah oluna bilər.
Peyğəmbərin etdiklərinin ədalətli şəkildə araşdırılması onu göstərir ki, o zənn edilə biləcəyi kimi şəhvətpərəst olmayıb. Əksinə, o gecələrinin yarısını və ya çox hissəsini Allah ilə ünsiyyət qurmaq üçün ağrıdan şişmiş ayaqları üzərində namaz qılan və başqalarına da bunu tövsiyyə edən təmkinli birisi olub.
Xədicə ilə evlənənə qədər o heç bir münasibətdə olmamışdır. Bundan sonra əlli yaşına qədər onun mənəvi xarakterinə xələl gətirəcək heç bir şey baş verməyib. Hətta viktorian dövrü alimlərinin “diqqətli” axtarışlarından sonra belə onlar belə bir şey tapa bilməyiblər. Müsəlmanların lideri olaraq o, ailədən kənar cinsi münasibətlərə mənfi yanaşıb, möminlər arasındakı flört münasibətləri belə qadağan edib…
O öz hərəminin (yoldaşlarının) kompaniyasından zövq alardı. Onların yanına evə gəlməyi, aralarında oturmağı, təmizlik, heyvanların sağılması kimi ev işlərində onlara kömək etməyi sevərdi.
Onun qadınlara qarşı hiss etdiyi şəfqət Quranda öz əksini tapacaqdır. Bu qanunlar uşaqlıqda diri basdırılmaq aqibətindən qurtula bilən bir çox qadının yaşadığı qəddar və primitiv ictimayi hala son qoyurdu, onların qəbilə başçıları tərəfindən fahişəliyə zorlanması əvəzinə, ləyaqətlə ərə verilməsini təmin edirdi.
Əhalinin qida ehtiyatlarından çox olduğu “sərt kişi cəmiyyətlərində” insanlar bu ehtiyatları əldə etmək üçün fiziki rəqabətə girirlər və kişilər belə hallarda dominant rollara yiyələnirlər. Muhəmmədin ümməti üçün tənzimlədiyi qayda-qanun kişi dominantlığını təbii qarşılayır, lakin o, eyni zamanda qadınların da Allah tərəfindən eyni cür sevildiyinə inanırdı.
Onun qadınların Cənnətdə girəcəyini inkar etməsi yalandır. Muhammad bir qoca qadına demişdir ki, Cənnətə girəcəyi an o cavan və gözəl olacaq.
Bir dəfə dünyada ən çox nəyi sevdiyini soruşulduqda o, “Bu dünyadan ən çox balaca uşaqları, qadınları və gözəl ətiri sevirəm. Lakin bunlardan heç biri mənə namazın verdiyi xoşbəxtliyi vermir” demişdir. Əgər bu sadəcə soruşana dərs olsun deyə deyimiş bir söz deyil, əksinə, hisslərin dürüst ifadəsidirsə, o zaman bu tarixi şəxsiyyətdən bizə qalan ən aşkaredici ifadələrdən biridir və çox az rastlanan hal olduğu üçün əsrarəngizdir.
Onun həyatındakı qadınlar, həyat yoldaşları uşaqlarla, sevinc obyekti ilə eyniləşdirilmişdi, seks obyektləri ilə deyil. Bu ikisi də öz növbəsində onun gözəl ətirdən aldığı zövq ilə eyniləşdirilmişdilər.
Betty Kelen “Muhammad The Messenger of God” səh. 105-107
Cavab yaz