Gəlin Yerin erkən dövrlərində həyatın təməl daşlarını əmələ gətirən ilkin su hövzəsinin mövcud olduğunu və hansısa bir yolla zülalları və digər kompleks üzvi molekulları əmələ gətirdiyini fərz edək. Həyatın mənşəyi ilə bağlı məşğul olan nəzəriyyəçilər növbəti addımın – tamamilə təsadüfə bağlı olaraq – bəzi molekulların özlərini kopyalayaraq çoxaltmağa başlayana qədər daha çox mürəkkəb molekulun əmələ gəldiyinə və Darvinin təbii seleksiyasına əsaslanaraq bu proses zamanı daha yaxşı özünü çoxalda bilən molekullara üstünlük verildiyinə inanırlar. Nəhayət bu molekulların hazırki genetik kodlarda olduğu kimi yaşamaq və çoxalmaq üçün kompleks mexanizmləri inkişaf etdirməsinin qaçılmaz olduğunu düşünürlər.
Bəs müasir nəzəriyyəçilər neytral cansız kimyəvi maddələrdən özünü kopyalayaraq çoxalda bilən molekulyar sistemlərə aparan bu həlledici körpünün necə yarandığını izah ediblərmi? İbtidai həyatın mənşəyinə dair ən məşhur fərziyyə “RNT dünyası” adlanır. Canlı hüceyrələrdə genetik məlumatlar DNT tərəfindən, əksər hüceyrə funksiyaları isə zülallar tərəfindən həyata keçirilir. Bununla birlikdə, hüceyrənin RNT-si həm genetik məlumat daşıyır, həm də bəzi biokimyəvi reaksiyaların katalizasiyası rolunda çıxış edir. Nəticədə bəzi nəzəriyyəçilər hesab edir ki, ibtidai həyat bütün bu funksiyaları yerinə yetirmək üçün təkcə RNT-dən istifadə etmiş ola bilər.
Ancaq bu fərziyyədə bir çox problemlər var.
Əvvəla, ilkin RNT molekullarının idarə olunmayan, bioloji sayılmayan kimyəvi proseslər nəticəsində yaranması lazım idi. Lakin bilindiyi kimi RNT bacarıqlı bir laboratoriya kimyaçısının yardımından istifadə etmədən prosesi məntiqi sonluğa çatdıra bilməz. New York Universitetinin kimyaçısı Robert Shapiro laboratoriyada RNT yaratmağa çalışanların səylərini tənqid edərək belə deyir: “Buradakı nöqsan məntiqdədir – müasir bir laboratoriyada tədqiqatçılar tərəfindən həyata keçirilən bu eksperimental nəzarət Yerin əvvəlində mövcud ola bilərdi.”1
İkincisi, RNT-nin hüceyrədə çox mühüm rol oynadığı göstərilsə də, hazırda zülalların həyata keçirdiyi bütün lazımi hüceyrə funksiyalarını yerinə yetirə biləcəyinə dair ortada bir dəlil yoxdur.2
Üçüncüsü, “RNT dünyası” fərziyyəsi genetik məlumatın mənşəyini izah etmir.
“RNT dünyası”nın tərəfdarları hesab edir ki, əgər ilk özünü təkrarlayaraq çoxalan (self-replicating) həyat RNT-yə əsaslansaydı, onun üçün uzunluğu 200-300 arasında olan nükleotid bir molekul tələb olunacaqdı.3 Lakin bu nükleotidlərin ardıcıllığını (sırasını) təyin edən hər hansı bir bilinən kimyəvi və ya fiziki qanun yoxdur.4 Materialistlər özünü təkrarlayaraq çoxalda (bura kopyalayaraq da yaza bilərik əslində) bilən ilk RNT molekulundakı nükleotidlərin ardıcıllığını izah etmək üçün təsadüflərə möhkəm şəkildə bel bağlamalıdırlar. Ancaq bir RNT molekulundakı, belə deyək, 250 nükleotidin təsadüfən doğru təyin edilməsi ehtimalı 10^150-də 1-ə bərabərdir ki, bu da kainat tarixi içərisində uzaqdan (remotely) baş verə biləcək hadisələrin ümumdünya ehtimal sərhədinin altında olan bir rəqəmdir.5Shapiro problemi bu şəkildə ifadə edir:
“RNT kimi öz-özünü kopyalayan böyük bir molekulun qəfil ortaya çıxması olduqca inanılmaz idi. … (Ehtimal) o qədər azdır ki, müşahidə oluna bilinən kainatın hər hansı yerində bir dəfə də belə bir hadisənin baş verməsi müstəsna təsadüfi uğur hesab olunar.”6
Dördüncüsü – və ən əsası – “RNT dünyası” fərziyyəsi genetik kodun özünün mənşəyini izah etmir. Bu gün mövcud olan DNT/protein əsaslı həyata keçid etmək üçün RNT dünyasının genetik məlumatları zülala çevirmə qabiliyyətini inkişaf etdirməsi lazımdır. Bununla birlikdə, bu transkripsiya və translyasiya prosesi üçün genetik məlumat tərəfindən kodlaşdırılan geniş protein və molekulyar maşınlar dəsti tələb olunur. Bu, onları əmələ gətirmək üçün əsas fermentlərə və molekulyar maşınlara olan ehtiyacı özünün təmin etməsidir, bu da bir növ yumurta-cücə probleminə oxşayır.
Cücə və DVD
Bu problemi başa düşmək üçün ilk DVD diski və DVD pleyer barədə düşünək. DVD disklər informasiya baxımından zəngindir, ancaq diski oxumaq, diskdəki məlumatları işləmək, görüntü və səsə çevirmək üçün DVD pleyer mexanizminə ehtiyac vardır, əsk halda disk faydasız olar. Bəs ilk DVD pleyeri düzəltmək üçün olan bütün təlimatlar yalnız bir DVD diskdə kodlanmış halda tapılsaydı necə olardı? Bir DVD pleyer düzəltməyi öyrənmək üçün heç vaxt DVD diskdəki məlumatları oxuya bilməzdiniz. Bəs ilk disk və DVD pleyer sistemi necə yarandı? Cavab aydındır: həm pleyeri, həm də diski eyni vaxtda istehsal etmək üçün hədəfə yönəlmiş bir proses – intellektual dizayn tələb olunur.
Canlı hüceyrələrdə məlumat daşıyıcı molekullar (məsələn, DNT və ya RNT) DVD diskə, bu məlumatı oxuyub zülala çevirən hüceyrə mexanizmi isə DVD pleyerə bənzəyir. DVD analogiyası kimi lazımi maşınlar olmadan genetik məlumat heç vaxt zülallara çevrilə bilməz. Hələ hüceyrələrdəki RNT və ya DNT-dəki genetik məlumatların işlənməsi üçün lazım olan maşınlar da eyni genetik molekullar tərəfindən kodlanır, yəni onları qurmaq vəzifəsini yerinə yetirir və yönləndirirlər.
Bu sistem həm genetik məlumat, həm də transkripsiya/translyasiya mexanizmi eyni anda mövcud olmadıqca və hər ikisi eyni dildə danışmadığı müddətcə mövcud ola bilməz. Bioloq Frank Salisbury bu problemi genetik kod haqqında biliklərin ilk dəfə ortaya çıxmasından qısa müddət sonra American Biology Teacher jurnalında yazdığı bir məqaləsində belə izah edib:
“Şorbaya bənzər bir dənizdə yaranan DNT molekullarının replikasiyası haqqında danışmaq çox xoşdur, lakin müasir hüceyrələrdə bu replikasiya uyğun fermentlərin mövcudluğunu tələb edir. … DNT şablonunun, ribosomların, amin turşularını aktivləşdirən fermentlərin və transfer-RNT molekullarının sintezi üçün RNT və fermenti cəlb edən DNT ilə ferment arasındakı əlaqə olduqca mürəkkəbdir. … Sonuncu ferment olmadığı təqdirdə, seçim DNT-yə və onu replikasiya üçün olan bütün mexanizmlərə necə təsir edə bilər? Sanki hər şey birdən-birə baş verməlidir: bütün sistem bütöv bir vahid kimi meydana gəlməlidir.. Bəlkə də bu dilemmadan çıxış yolları mövcuddur, lakin hal-hazırda mən bunu görmürəm.”7
Onillər boyu aparılan müxtəlif çalışmalara baxmayaraq, həyatın mənşəyini araşdıran nəzəriyyəçilər bu sistemin necə yarandığını hələ də izah edə bilmirlər. 2007-ci ildə Harvard Universitetinin kimyaçısı George Whitesides`a Amerika Kimya Cəmiyyətinin ən yüksək mükafatı sayılan Priestley medalı verildi. Qəbul nitqi əsnasında məşhur Chemical and Engineering News jurnalında yenidən çap olunan bu sərt analizi təklif etdi:
“Həyatın mənşəyi. Bu problem elmdəki ən böyük problemlərdən biridir. O, həyatı və bizi bu kainatda yerləşdirmək məsələsinə baxır. Əksər kimyaçılar, eynən mənim kimi, həyatın prebiotik Yerdəki molekul qarışıqlarından öz-özünə əmələ gəldiyinə inanırlar. Bəs bu necə olub? Heç bir fikrim yoxdur.”8
Eynilə yuxarıda qeyd olunan məqalə Cell Biology International-da belə nəticələnir: “Genetik kodun mənşəyini araşdırmaq üçün yeni yanaşmalar tələb olunur. Tarix elminin məhdudiyyətləri elədir ki, həyatın mənşəyi ola bilər heç vaxt başa düşülməsin.”9 Başqa sözlə, elm adamları ağıllı dizayn kimi məqsədyönlü elmi izahatları nəzərdən keçirmək istəmədikləri müddətcə heç vaxt da başa düşülməyəcəklər.
Ancaq bioloji təkamül, həmçinin kimyəvi təkamül nəzəriyyələri ilə əlaqəli daha bir dərin problem mövcuddur. Bu problem yalnız genetik məlumatı genetik kod vasitəsilə emal etmək qabiliyyətinə aid deyil, həm də həmin məlumatın mənşəyinə aiddir.
Dipnotlar
- Richard Van Noorden, “RNA world easier to make,” Nature news (May 13, 2009), http://www.nature.com/news/2009/090513/full/news.2009.471.html
- See Stephen C. Meyer, Signature in the Cell: DNA and the Evidence for Intelligent Design, p. 304 (New York: HarperOne, 2009).
- Jack W. Szostak, David P. Bartel, and P. Luigi Luisi, “Synthesizing Life,” Nature, 409: 387-390 (January 18, 2001).
- Michael Polanyi, “Life’s Irreducible Structure,” Science, 160 (3834): 1308-1312 (June 21, 1968).
- See William A. Dembski, The Design Inference: Eliminating Chance through Small Probabilities (Cambridge University Press, 1998).
- Robert Shapiro, “A Simpler Origin for Life,” Scientific American, pp. 46-53 (June, 2007).
- Frank B. Salisbury, “Doubts about the Modern Synthetic Theory of Evolution,” American Biology Teacher, 33: 335-338 (September, 1971).
- George M. Whitesides, “Revolutions In Chemistry: Priestley Medalist George M. Whitesides’ Address,” Chemical and Engineering News, 85: 12-17 (March 26, 2007).
- J.T. Trevors and D.L. Abel, “Chance and necessity do not explain the origin of life,” Cell Biology International, 28: 729-739 (2004).
Cavab yaz