Siam kralı və Naturalizm

John Locke bizə holland səfir ilə Siam ölkəsinin kralı arasında keçən bir söhbəti nəql edir. “Hollandiyalı səfirin Hollandiyanın xüsusiyyətləri barəsində danışıb Siam kralını“ əyləndirdiyini deyən Locke söhbətin təfərrüatını qeyd etmir. Lakin bir misalı xüsusilə qeyd edir. Səfir “ona dedi ki, ölkəsində su, bəzən soyuq havalarda o qədər sərtləşirdi ki, insanlar onun üzərində yeriyə bilirdilər və hətta orada bir fil olsa idi onu belə daşıyardı. Buna kralın cavabı belə oldu: “Bura qədər mənə danışdığın qəribə şeylərə inanırdım, çünki səni ağıllı və dürüst biri kimi görürdüm, amma indi isə sənin yalan danışdığından əminəm.”1

Siam kralı öz ölkəsindəki isti iqlimdə suyun donduğunu görməmişdi, bəlkə də səfir ilə görüşünə qədər bunun xəbərini belə eşitməmişdi. O, suyun nə olduğunu bilirdi, onu gündəlik həyatında müşahidə edirdi və onun üçün suyun bir filin ağırlığını daşıyacaq qədər sərtləşməsini qəbul etmək imkansız idi.

Naturalistlər və materialistlər də dünyaya Siam kralının baxdığı gözlə baxırlar. Onların aləmində təbiətdən ötədə bir şey yoxdur, ilahi varlıq mövcud ola bilməz, ona görə də təbiətin adətini pozacaq şəkildə ilahi bir müdaxilənin olması imkansızdır. Siam kralı görmədiyi üçün, xəbəri olmadığı üçün inkar edirdi, bunlar da təbiətdən, materiyadan ötədə bir şeyin varlığını görmədikləri üçün, bilmədikləri üçün inkar edirlər. 

Dipnotlar

  1. J. Locke, ”An Essay Concerning Human Understanding”, səh: 476; J. F. Dove, London, 1828