Nübuvvət – seçilmiş insanın Allah risaləsini bəşəriyyətə çatdırmasıdır. Şübhəsiz ki, bu rolu oynayacaq şəxsin ən əsas xislətlərindən biri dürüstlük olmalıdır. Müsəlman alimləri deyiblər ki, nübuvvət iddia edən şəxs ya insanların ən doğru danışanı, ya da Aləmlərin Yaradıcısına iftira atdığına görə insanların ən yalançısıdır. Başqa bir seçim yoxdur. Allah Rəsulunun nübuvvətinə inanmayanlar onun daima həm sözündə, həm də əməlində doğru olmadığını, ətrafındakıları həyatı boyu aldatdığını, həm şəxsi, həm də ictimai həyatında həqiqi şəxsiyyətini gizlədib münafiqliyin ən üstününü etdiyini, ona inananlara həyatlarında ən böyük xəyanəti etdiyini deməlidirlər. Ən fəzilətli insan ilə ən naqis insan arasındakı fərqi anlamaq üçün yüksək bəsirət sahibi olmağa gərək yoxdur. Bunu anlamaq üçün peyğəmbərlik iddia edənin əxlaqından xəbərdar olmaq lazımdır. Allah Rəsulunun həyatını oxuyan bunun necə də həqiqətdən uzaq bir iddia olduğunu anlayacaqdır.
“Nübuvvət arqumenti-İslam Peyğəmbərinin mənəviyyat ölçüləri” kitabını aşağıdakı linkə daxil olaraq PDF formatında endirib oxuya bilərsiniz.
Cavab yaz