Səhifəmizdə Allahın varlığı, monoteizmin doğruluğu haqqında və inancsızların şübhələrinə cavab olaraq bir çox yazımız mövcuddur. Bu kitabımızda İslam dininin doğruluğuna dair arqumetlər silsiləsinin ilkini – Peyğəmbərin həyatının qorunduğu arqumentini oxucularımıza təqdim edirik.
Lakin bu yazını qələmə almağımızda yeganə səbəb bu deyil. Yaxında Cristopher Hitchensin “God is not Great” kitabının Azərbaycan dilinə tərcümə olunduğu xəbərini aldıq. Yazımız eyni zamanda Hitchensin Peyğəmbərin həyatı haqda qeyd etdiyi açıq aydın təhriflərə cavab vermək məqsədini də daşıyır.
Nübuvvət arqumenti – İslam peyğəmbərinin həyatı kitabını aşağıdakı linkdən PDF formatında endirib oxuya bilərsiniz.
Əssələmu aleykum va rahmetullahi va bərakətuhu. Allah Əzzə və Cəllə sizin əməyinizə bərəkət versin, sizi xeyirlə mükafatlandırsın. Allahummə əmin.